“Visa” “Amazon”un qadağasının Azərbaycandakı kart istifadəçilərinə təsirini şərh edib
Dünyanın ən böyük alış-veriş sistemlərindən olan “Amazon.com” 2022-ci ilin yanvarın 19-dan etibarən Birləşmiş Krallıqda buraxılan “Visa” kartları ilə alış-verişi qadağan edəcək.
Bu barədə “Amazon”un açıqladığı məlumatda deyilir. Şirkət bunu rüsumların yüksək olması ilə əlaqələndirir.
Bu açıqlamadan dərhal sonra Nyu-York birjasında “Visa”nın səhmlərinin 5,2 % civarında ucuzlaşaraq 203,96 ABŞ dolları, bu gün səhərə isə 200,86 ABŞ dollara düşüb. Bu isə aylıq 13,13 % ucuzlaşma deməkdir.
Məsələ ilə bağlı “Visa”dan bildirlib ki, problemin həlli üçün “Amazon”la danışıqlar aparılır:
“Böyük Britaniya alıcıları bu gün və bayram mövsümü boyu “Amazon UK”də "Visa" debet və kredit kartlarından istifadə edə bilərlər.
“Amazon”un gələcəkdə istehlakçı seçimini məhdudlaşdırmaqla hədələməsi bizi çox məyus edir. İstehlakçı seçimi məhdud olduqda, heç kim qalib gəlmir.
"Amazon" ilə uzun müddətdir əlaqələrimiz var və biz həll istiqamətində işləməyə davam edirik ki, kart sahiblərimiz 2022-ci ilin yanvarından “Amazon” tərəfindən tətbiq edilən məhdudiyyətlər olmadan “Amazon UK”in xidmətlərindən yararlanmaq üçün “Visa” kredit kartlarından istifadə edə bilsinlər”.
“Visa” bu qadağanın Azərbaycandakı kart istifadəçilərinə təsir etməyəcəyini qeyd edib:
“Amazon” dünyanın müxtəlif yerlərində “Visa” debet və kredit kartlarını qəbul etməyə davam edir. Məqsədimiz ondan ibarətdir ki, hər bir kart sahibi öz “Visa” kartından alış-veriş etmək istədiyi yerdə istifadə edə bilsin”.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
28 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







