Yaponiya qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan neft satışına icazə verə bilər
Yaponiya hökuməti yanacaq qiymətlərini sabitləşdirmək üçün strateji neft ehtiyatlarının bazara çıxarılması üzrə konkret tədbirlərin müzakirəsinə başlayıb.
Marja xəbər verir ki, bu barədə şənbə günü Nikkei qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Yaponiyada qlobal bazar problemləri (tədarük çatışmazlığı) və ya təbii fəlakətlər zamanı neft ehtiyatlarından istifadəni nəzərdə tutan qanun var. Yaponiyanın şimal-şərqində 2011-ci ildə baş vermiş zəlzələ, bunun nəticəsində yaranan sunamidən sonra və 1991-ci ildə Körfəz Müharibəsi zamanı hökumət neft ehtiyatlarından istifadə edib.
Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, sentyabrın sonunda ölkədə on dövlət və özəl anbarda 74,25 milyon kilolitrlik neft olub. Bu ehtiyat 235 gün ərzində ölkənin tələbatını ödəyə bilər.
Bundan əvvəl “Reuters” xəbər agentliyi məlumat vermişdi ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Hindistan, Çin, Cənubi Koreya və Yaponiya liderlərindən öz strateji ehtiyatlarından neftin satışı imkanlarını öyrənməyi xahiş edib. Vaşinqton, enerji qiymətlərinin aşağı salınmasını təmin etmək və bununla da dünya iqtisadiyyatının bərpasına töhfə vermək üçün belə bir koordinasiyalı addım atmağı təklif edir.
Bu həftə Brent neftin qiyməti 2,9% ucuzlaşma ilə 78,89 dollardan bağlanıb. Neftin ucuzlaşmasının səbəbləri - Avropada koronavirusa yoluxanların artması ilə karantin şərtlərinin sərtləşdirilməsi və neft idxal edən ölkələrin strateji neft ehtiyatlarından satışa icazə verəcəkləri barədə xəbərlərdir.
"OPEC cari tələbatı ödəməli və kifayət qədər neft həcmini təmin etməlidir"
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) cari tələbatı ödəməli və dünya bazarlarına kifayət qədər neft tədarükünü təmin etməlidir.
Marja xəbər verir ki, bu barədə cümə günü Ağ Evin sözçüsü Cen Psaki mətbuat brifinqində bildirib.
“Biz istəyirik ki, OPEC-ə üzv ölkələr və təşkilatın müttəfiqləri tələbatı kifayət qədər təkliflə qarşılasın.İsrar etdiyimiz budur” deyən o, bu mövzuda yeni bir şey deyə bilməyəcəyini vurğulayıb.
Cen Psaki, ABŞ Prezidenti Co Bayden administrasiyasının Cənubi Koreya, Çin, Hindistan və Yaponiya liderlərindən strateji ehtiyatlarından neftin bir hissəsini satmaq imkanlarını araşdırmağı xahiş etməsi ilə bağlı xəbərlərə münasibət bildirib: “Yenə də demək istərdim, biz kifayət qədər tədarükün təmin edilməsi ilə bağlı Çin də daxil olmaqla bir sıra ölkələrin rəsmiləri və rəhbərləri ilə, eləcə də dünyanın neft hasil edən ölkələri ilə əlaqə saxlayırıq".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
57 d. əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
21 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Ən çox oxunanlar
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb






.jpg)






.jpg)


.jpg)









