Bugün Türkiyə Mərkəzi Bankı kritik faiz qərarını açıqlayacaq - DOLLAR 11 LİRƏYƏ YAXINLAŞIB
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) dollar/TL məzənnəsinin bir-birinin ardınca rekordlar qırdığı bir dövrdə faiz qərarı üçün iclas keçirəcək. Bazarın proqnozu Mərkəzi Bankının faiz endirimlərinə davam edəcəyi istiqamətindədir. Yığıncaqdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi faiz mesajları da bazar iştirakçıları tərəfindən diqqətlə izlənilib və Türk Lirəsinin daha da ucuzlaşması ilə nəticələnib.
Bugün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) növbəti iclasını keçirərərk faiz qərarını açıqlayacaq.
Marja xəbər verir ki, TCMB faiz qərarını Bakı vaxtı ilə saat 15:00-da ictimaiyyətə bəyan edəcəkdir.
İqtisadçılar Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Şurasının pul siyasəti faizini 1 faiz bənd aşağı salaraq 16%-dən 15%-ə endirəcəyini gözləyirlər.
TCMB keçən ay proqnozlardan yüksək endirim edərək faizini 18%-dən 16%-ə endirmişdir (2 bənd).
İqtisadçıları Türkiyə Mərkəzi Bankının 16 dekabrda da faizini 1 bənd azaladaraq 15%-dən 14%-ə çəkəcəyini nəzərdə tuturlar.
Bu gün açıqlanacaq qərar da dollar/TL məzənnəsinin istiqaməti baxımından həlledici olacaq.
Yüksək inflyasiyaya baxmayaraq Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz endiriminə davam edəcəyinə dair gözləntilər və Dolların qlobal olraq bahalaşması ilə əlaqədar olaraq Türk Lirəsi (TL) "əriyir". ABŞ-da inflyasiyanın son 31 ilin ən yüksək səviyyəinə çatması ilə ABŞ Mərkəzi Bankının (FED) faizi artırmağa başlayacağı tarixi önə çəkə biləcəyinə dair proqnozlar ilə dollar qlobal miqyasda, o cümlədən Türk Lirəsi qarşısında da güclənir.
DOLLAR 11 TÜRK LİRƏSİNƏ YAXINLAŞIB
Dollar/TL məzənnəsi bu gün 10,9680 səviyyəsini görərək rekord yeniləyib. Bakı vaxtı ilə saat 07:54-də Dollar/TL məzənnəsi 2,3% artımla 10,87 səviyyələrində olub.
Bundan əvvəlki yığıncağın keçirildiyi 21 Oktyabrda dollar/TL məzənnəsi 9,20 səviyyəsində idi. Təxminən 1 ay ərzində Türk l Lirəsi 18% dəyərdən düşüb.
Türkiyədə illlik inflyasiyanın 20%-ə yaxın olmasına baxmayaraq Mərkəzi Bankın Prezident Rəcəb Tayyib Ərdoğanın təzyiqi ilə faizini daha da aşağı salacağı gözlənilir. Ərdoğanın dünənki çıxışı da Mərkəzi Bankın faiz endirimi edəcəyi ehtimalını daha da gücləndirib və Lirənin ucuzlaşmasını sürətləndirib.
ƏRDOĞAN YÜKSƏK FAİZƏ QARŞIDIR
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Faiz səbəbdir, inflyasiya nəticədir" fikirini təkrarlayaraq, "Mən bu vəzifədə olduğum müddətdə faizlə mübarizəmi sonuna qədər davam etdirəcəyəm. İnflyasiya ilə mübarizəmi sonuna qədər davam etdirəcəyəm" deyib.
Partiyasının Qrup Yığıncağında çıxış edən Ərdoğan, "Mən faizi müdafiə edənlər ilə birlikdə ola bilmərəm" deyib və "Bizim dostlarımıza nə olur ki, onlar da faizi müdafiə etməyə başlayıblar" deyərək əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
9 d. əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
-
18 d. əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
25 d. əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bu il 71 min unsiyadan bir qədər çox qızıl hasil etməyi planlaşdırırıq "
-
2 saat əvvəl
"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb
Ən çox oxunanlar

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
