“Embafinans” istiqrazları üzrə marketmeyker müqaviləsi bağlanıldı
Bakı Fond Birjası ilə “AzFinance İnvestisiya şirkəti” QSC arasında “Embafinans” QSC-nin istiqrazları üzrə marketmeyker müqaviləsi bağlanılıb.17 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSCnin ümumi dəyəri 4 milyon manat manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir. 21.09.2021-ci il tarixində “Embafinans” QSC-nin istiqrazları BFB-nin ticarət platforması vasitəsilə təkrar bazarına start verilmişdir.
Birjanın yaydığı məlumata görə, 26.08.2021 tarixində “Embafinans” QSC-nin istiqrazlarının anderrayteri olmuş “AzFinance İnvestisiya şirkəti” QSC “Embafinans” QSC-nin istiqrazları üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür. İnvestorlar tərəfindən təkrar bazarda ticarətə çıxarılan istiqrazlar BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvü olan “AzFinance İnvestisiya şirkəti” QSC tərəfindən təmin olunacaqdır.
“AzFinance İnvestisiya şirkəti” QSC adıçəkilən istiqrazlar üzrə 18.11.2021 tarixindən etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























