"Veysəloğlu" oktyabr ayı üzrə Pərakəndə İndeksini açıqladı - QİYMƏTLƏR 10%-DƏN ÇOX ARTIB
“Veysəloğlu Pərakəndə İndeksi”nə görə son 1 ildə qiymətlər 5% artıb. Məhsulların qiyməti 2021-ci ilin oktaybr ayında 2020-ci ilin oktaybr ayı ilə müqayisədə isə 10,1% artıb. Cari ilin oktyabr ayında ötən ilin oktyabr ayı ilə müqayisədə təzə qida məhsulları (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 10,9%, qida və spirtsiz içkilər 10,8% bahalaıb.Oktyabr ayı üzrə “Veysəloğlu Pərakəndə İndeksi” 105,0% təşkil edir. Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.
Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir.

Orta illik göstəriciyə əsasən oktyabr ayı üzrə qiymətlərdə 5% artım olub.
2021-ci ilin oktyabr ayında “Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2020-ci ilin oktyabr ayına nisbətən 10,1% artım olub. Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında təzə qida məhsullarının (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları) qiymətində 2020-ci ilin oktyabr ayına nisbətən 10,9%, qida və spirtsiz içkilərdə 10,8%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım müşahidə edilib.

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
41 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























