“Ağdam Pambıq” da özəlləşdi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti özəlləşdirmə hərracı 30 may tarixində keçirilib.
Komitədən “Marja”ya daxil olmuş məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 2 istifadəsiz qeyri-yaşayış sahəsinə və 3 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsinə, 2 istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib.
Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak “Ağdam Pambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Beləki, adı çəkilən əmlak 872 min 500 manata özəlləşdirilib. Həmin Məhdud Məsuliyyətli Cəmiyyətin torpaq sahəsi 93 min 604 kv.m, ümumi faydalı sahəsi isə 4 min 258 kv.m təşkil edir. Bundan başqa paytaxtın Göyçay rayonunda yerləşən Qeyri-yaşayış binası da qiyməti ilə digərlərindən fərqlənir. Beləki, həmin əmlakın qiyməti 52 min 500 manatdır. Ümumi faydalı sahəsi 28,6 kv.m, topaq sahəsi isə 9 min 801 kv.m təşkil edir.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 4-ü də bölgələrdə yerləşir. Bunlardan 1-i Ağdamda, 1-i İmişlidə, 1-i isə Göyçaydadır.
Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 2-si paytaxtın Suraxanı, Yasamal rayonlarında, digərləri isə Abşeron və Yevlaxda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 50 min manat olub. Ümumili faydalı sahəsi isə 60 kv.m-ə yaxındır. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə 3500 manat olub. Ümumi faydalı sahəsi isə 17,7 kv.m təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 16,7 kv.m ilə 131,2 kv.m, qiymətləri isə 3500 manatla 50 min manat arasında dəyişib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)







