“Qayıdış” Qəhrəmanlara Dəstək sərgisi açıq elan olundu
5-11 noyabr tarixlərində keçiriləcək(®) Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə 5-11 noyabr tarixlərində keçiriləcək “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisinin açılış mərasimi olub.
Zəfər Gününə həsr edilən sərgidə millət vəkilləri, ictimai xadimlər, əməkdar rəssamlar, sənətşünaslar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl böyük zəfəri xalqımıza yaşadan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb. Giriş sözü ilə çıxış edən Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bu tarixi günün əhəmiyyətindən və sərginin keçirilmə məqsədindən söhbət açıblar. Bildirilib ki, qəhrəmanlar və onların ailələrinə dəstək olmaq məqsədi ilə təşkil edilən bu sərgiyə qısa zaman kəsiyində 100-dən artıq müraciət olunub, 50-yə yaxın əsər nümayiş üçün qəbul edilib.
Sərgidən əldə edilən gəlirin 70 faizinin “YAŞAT” Fondunun, 30 faizinin isə rəsm əsərlərinin müəlliflərinin hesabına köçürülməsi nəzərdə tutulub.
Sərgi günlərində müxtəlif mövzuları əhatə edən rəsm əsərləri ilə yaxından tanış olacaq ziyarətçilər bəyəndikləri əsərləri alaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstəyi ifadə etmiş olacaqlar. Sərgi çərçivəsində rəssamlar arasında müsabiqə keçiriləcək və qaliblərə hər üç təşkilatın imzası olan diplomlar təqdim ediləcək.
Sərgiyə əsərlərini təqdim etməklə Vətən müharibəsi qəhrəmanlarına dəstək çağırışına qoşulan rəssamların bu fədakarlığı ən yüksək təqdirə layiqdir!
Sosial məsuliyyətli və vətənpərvər bir korporativ “vətəndaş” olan Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin ailələrinə və qazilərə hər zaman xüsusi hörmətlə yanaşır, maddi və mənəvi dəstək olur.
27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























