Neft bazarları kritik iclasa fokuslandı - Bayden Rusiyanı və OPEC-i ittiham etdi
Noyabrın 4-də OPEC+-ın növbəti iclası keçiriləcək. Bayen administrasiyası iclasında heç bir tədbir görməyəcəyi təqdirdə OPEC+a cavab paketi hazırlayıb.Dünya bazarında yanacağın bahalaşmasına Rusiya və OPEC-in neft hasilatını artırmaq istəməməsi səbəb olub.
Marja xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP26) 26-cı Tərəflər Konfransının sammitinidə ABŞ prezidenti Co Bayden deyib.
“Birincisi, qiymət artımının vacib səbəbi koronavirus pandemiyasının tədarük zəncirinə təsir göstərməsidir. Bilirəm ki, siz bunu bilirsiniz”, - deyə Bayden bildirib.
“İkincisi, benzinin qiymətinə, neftin qiymətinə diqqət yetirsək, bu, Rusiya və ya OPEC ölkələrinin daha çox neft hasil etməkdən imtina etməsinin nəticələridir. Gəlin görək bu, sonda hara aparacaq."
Bloomberg-in məlumatına görə, ABŞ və digər əsas neft istehlakçıları, o cümlədən Çin, Yaponiya və Hindistan artıq bir neçə həftədir ki, OPEC+a təzyiq göstərmək və iştirakçı ölkələri hasilatı daha da artırmağa məcbur etmək üçün bağlı qapılar arxasında diplomatik kampaniya aparır.
23 ölkədən ibarət kartel indi hər ay bazara gündəlik 400.000 barel əlavə edir və keçən il tarixdə ən böyük ixtisardan (hasilatın azaldılmasından) sonra istehsalı tədricən normal vəziyyətə gətirir.
Amma “qara qızıl” idxal edən ölkələr hasilatın daha çox artırılmasını istəyirlər. Bloomberg-in mənbələrinə görə, Bayden administrasiyası benzin qiymətlərinin son 7 ilin ən yüksək səviyyəsinə qalxmasından narahatdır və OPEC+ın noyabrın 4-də keçiriləcək növbəti iclasında heç bir tədbir görməyəcəyi təqdirdə cavab paketi hazırlayıb.
Təklif kəsiri fonunda Brent markalı neftin qiyməti 130% artaraq 36 dollardan 84 dollara yüksəlib. Goldman Sachs-ın məlumatına görə, oktyabr ayında dünya anbarları sutkada 4,5 milyon barel sürətlə boşalıb və ilin sonunda cəmi neft ehtiyatları son 8 ilin ən aşağı səviyyəsində ola bilər.
OPEC+ ölkələrinin nazirləri oktyabrın 4-də keçirilən iclasda noyabrda neft hasilatını sutkada 400 min barel artırmağı davam etdirmək qərarına gəliblər. Belə ki, OPEC+ ölkələrinin neft hasilatını cəmi azaltmaları oktyabr ayında sutkada 4,559 milyon barel olub, noyabrda isə 4,159 milyon barel təşkil edəcəkdir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 32 d. əvvəl
- 46 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
15 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur


























