Apple Pay artıq Bank Respublika kart sahibləri üçün əlçatan olur
Bank Respublika Apple Pay ödəniş üsulunu istifadəyə verdi. iPhone və Apple Watch ilə ödənişin daha təhlükəsiz, əminli və məxfi yolu.
(®) Bu gündən etibarən Bank Respublika kart sahibləri Apple Pay vasitəsilə ödəmələri daha təhlükəsiz, əminli və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-nun innovativ texnologiyaları ilə təmin olunur.
Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir və, bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.
Bundan əlavə, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brouzerlərində açılmış saytlarda rahat və sürətli alışveriş edə bilərlər – artıq qeydiyyatdan keçməyə və qəliz formaları doldurmağa lüzum qalmır. Apple Pay ilə yemək və ərzaq çatdırılmasını, onlayn alışverişi, biletləri eldə etmək və digər ödənişləri etmək çox rahatdır. Apple Pay həmçinin Apple Watch tətbiqlərindəki ödəmələr etmək üçün istifadə oluna bilər.
Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında durur. Siz kredit və ya debit kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.
Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən Bank Respublika kredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Müştəri Bank Respublikanın öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən yararlanmağa davam edir.
Apple Pay barədə təfərrüat ilə http://www.apple.com/apple-pay/ saytında tanış ola bilərsiniz.
Bank Respublika haqqında daha ətraflı məlumat burada: https://www.bankrespublika.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 2 saat əvvəl
-
2 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
3 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
3 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
