PAŞA Kapital və Unicapital şirkətləri Unibank üçün istiqraz buraxılışını həyata keçirəcək - MƏBLƏĞ
Unibank kapital bazarından illik 6% ilə 15 milyon dollar (25,5 milyon manat) cəlb edir.PAŞA Kapital və Unicapital investisiya şirkətləri “Unibank” Kommersiya Bankı ASC-nin 15 milyon ABŞ dolları məbləğində istiqraz buraxılışını həyata keçirəcək.
Marja-nın əldə etdiyi məlumata görə, Azərbaycanda müştəri yönümlü bank olaraq müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alan “Unibank” Kommersiya Bankı həm qlobal xarakter daşıyan, həm də yerli bazar üçün adaptasiya olunmuş, çoxsahəli kredit məhsulları və maliyyə xidmətləri təqdim edir. Emissiya, Emitentin II dərəcəli kapitalının artırılması məqsədi ilə həyata keçirilir və subordinasiya borc öhdəliyi kimi tanınır.
Emissiyadan əldə olunan vəsait bankın strateji hədəflərini reallaşdırması, bazar nüfuzunun və bazar payının artırılması, eləcə də xarici mühitdə yaranacaq hər növ dəyişikliyə cəld və effektiv adaptasiyanın təmini üçün lazımi resurs və mexanizmlərin təkmilləşdirilməsinə yönləndiriləcək.
İstiqrazlar hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olmaqla 15 000 ədəd satışa çıxarılacaq.
İllik faiz dərəcəsi 6% olmaqla birqiymətli hərrac üsulu ilə (bir istiqrazın təklif olunan satış qiyməti 1000 ABŞ dolları) Bakı Fond Birjasında təklif olunacaq istiqrazlar üzrə faiz ödənişləri 6 il müddətində hər 3 aydan bir ödəniləcəkdir.
İstiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birgə ödənəcəkdir. Təklif olunan istiqrazların anderrayteri qismində əsas anderrayter kimi PAŞA Kapital İnvestisiya Şirkəti, Unicapital İnvestisiya Şirkəti ilə birgə çıxış edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















