“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
(®) “Nar”ın dəstəyi ilə ölkənin ən böyük səsli ədəbiyyat kitabxanası olan “Canlı kitab” layihəsi davam edir. “Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində indiyədək dünya və Azərbaycan ədəbiyyatından 39 müəllifin 329 əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. Müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri “Canlı kitab” kanalında “Nar”ın yüksəksürətli interneti vasitəsilə istənilən yerdən rahatlıqla dinləmək olar.
Layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101 FM dalğasında, eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində canlı yayımlanır, daha sonra antenn.az və “YouTube” səhifəsində yerləşdirilir.
Qeyd ed’k ki, layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan etməkdir. Layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlara paylanması nəzərdə tutulur.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 40 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 52 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)









.jpg)






