Əhalinin gəlirləri 2%, qiymətlər isə 10% artıb
Azərbaycan əhalisinin cəmi gəlirləri 2021-ci ilin yanvar-sentyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 2 faiz artaraq 42,3 milyard manat təşkil etmişdir.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 42 milyard 251,7 milyon manat və ya hər nəfərə orta hesabla 4 min 219,3 manat təşkil etmişdir. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 37 milyard 906,0 milyon manatlıq vəsait qalmışdır.
Eyni zamanda, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artıb.
Əzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 6 faiz artıb.
Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 faiz, 2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki ilin sentyabr ayına nisbətən 10,4 faiz artıb.
Beləliklə, son 1 ildə ərzaq qiymətlərinin 10% civarında artdığı bir dövrdə əhalinin gəlirləri 2% artıb. “Gizli oğru” adlandırılan inflyasiya əhalinin gəlirlərinin bir hissəsini "mənimsəyib".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 36 d. əvvəl
-
-
52 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)















