SOCAR qazın tarifinin dəyişməsinin səbəblərini açıqlayıb
“Azərbaycanda qazın satış tarifləri dövlət tərəfindən tənzimlənir. Burada qazın maya dəyəri, yəni qazın alınmasına sərf edilən xərclər əsas götürülür”.
Bunu açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov bildirib.
İ. Əhmədov deyib ki, əvvəlki illərdə qazın topdan alışını və satışını SOCAR həyata keçirib:
“SOCAR ölkədə yeganə qaz hasilatçısı deyil, başqa şirkətlər də qaz hasil edir. SOCAR Azərbaycanın təbii qaza tələbatını təmin etmə üçün başqa şirkətlərdən, xüsusən Şahdəniz konsorsiumundan qaz alırdı. Lakin artıq 1 ilə yaxındır ki, qazın topdan alışı və satışını dövlət şirkəti olan “Azərkontrakt” Səhmdar Cəmiyyəti həyata keçirir. Azərkontrakt SOCAR və digər qaz hasilatçılarından qazı topdansatış qiymətinə alaraq, qazpaylayıcı şəbəkələrə, “Azərenerji” ASC-yə və digər qurumlara satmaqdadır. Azərkontrakt”-ın aldığı qazın bir qisminin qiyməti dövlət tərəfindən tənzimlənir. Burada söhbət SOCAR-dan alınan qazdan gedir. Qazın bir qisminin qiyməti isə bazar şəraitinə görə dəyişə bilər. Yəni Şahdəniz Konsorsiumundan alınan qazın qiyməti bazar qiymətlərindən asılıdır. Bazarda qiymətlər artdıqca həmin qaxın dəyəri və qiyməti də artmaqdadır. Bu zaman qazı alan “Azərkontrakt”-ın xərci də artır. Qazın satış taarifləri dəyişmədikcə də xərclərdə olan artımın kompensasiyası mümkün olmur. Ya gərək dövlət subsidiyalaşdırsın ki, bunun da müəyyən fəsadları var, dövlət büdcəsi üçün əlavə yük yaradır, uzunmüddətli perspektivdə qeyri-dayanıqlı görünür. Ya da qiymət də artımı baş verməlidir. Qiymət artımının da əsas səbəbi budur”.
SOCAR Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov qeyd edib ki, hazırda dünyada qazın qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 dəfələrlə artıb: “Belə olan halda “Azərkontrakt”-ın da artıq başqa şirkətlərdən aldığı qazın qiyməti və ona sərf edilən xərc də müəyyən qədər artıb”.
Qeyd edək ki, Azərbaycanda əhali qrupu üçün qazın 1200 m3-dək (1200 m3 daxil olmaqla) tarifi 100 manatdan 120 manata qaldırılıb. Qazın 1200 m3-2500 m3-dək və 2500 m3-dən tarifi isə dəyişməyib. Müvafiq olaraq tariflər 200 və 250 manat olaraq qalıb. Qərar 1 noyabr 2021-ci il tarixdə qüvvəyə minir
Hazırda 1.000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir. İl ərzində 1.200 kubmetr qaz istehlak edənlər abonentlərin 51%-ni təşkil edir. Hazırda əhali qrupuna aid abonentlərə təbii qazdan 1.200 kubmetrədək istifadə etdiyi halda qazın 1.000 kubmetri 100 manata (58,82 ABŞ dolları), illik qaz istehlakı 1.200 kubmetrdən çox olan əhali üçün 200 manata (117,65 ABŞ dolları), illik 2.500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147,06 ABŞ dolları) satılır. Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.
Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə isə ucuzdur. 2021-ci ildə 1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik, Türkiyədə 36 qəpik, Ukraynada 87 qəpik, Gürcüstanda 29 qəpik, Belarusda 34 qəpik olub.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 saat sonra
-
-
8 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
17 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 17 saat əvvəl
-
17 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
19 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)










.jpg)

