“Moodys” Azərbaycanın reytinqini təsdiq etdi - "MÜSBƏT"Ə DƏYİŞDİ
“Moody's” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqini və Azərbaycanın təmin edilməmiş prioritet öhdəlikləri reytinqini "Ba2" səviyyəsində təsdiq edib.
Bu barədə “Report” “Moody's” reytinq agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, reytinqlər üzrə proqnoz “sabit”dən “müsbət”ə dəyişdirilib. Müsbət proqnoz idarəetmə və siyasi səmərəliliyin yaxşılaşmasından xəbər verir ki, bu da hökumətin kredit profilinin dayanıqlılığını artıra bilər.
Agentliyin analitiklərin qiymətləndirmələrinə görə, reytinqin təsdiq olunması Azərbaycanın kredit qabiliyyətli olmasını göstərir.
“Moody's”in analitikləri hesab edirlər ki, mübadilə məzənnəsinin sabitliyi və Azərbaycanın Mərkəzi Bankının pul-kredit siyasəti haqqında məlumatlandırma prosesinin yaxşılaşdırılması ölkənin daxili və valyuta bazarının dinamikasında sabitliyə kömək etməkdə davam edəcək. Ümumilikdə, Azərbaycanın siyasi çərçivələrinin təkmilləşdirilməsi əsasən də dövlətin əhəmiyyətli akrtivləri sayəsində hökumətin likvidlik riski səviyyəsini aşağı salacaq, xarici amillərə qarşı həssaslığının qarşısını alacaq və siyasətin çevikliyini təmin edəcək.
Onların fikrincə, pandemiya ilə əlaqəli məhdudiyyətlərin tədricən aradan qaldırılması və dünya bazarlarında neft qiymətlərinin yüksək olması Azərbaycanda ÜDM-in artımına səbəb olub. “Moody's” 2021-ci ildə ÜDM-in real artımının 3,5% səviyyəsində olacağını gözləyir.
Agentliyin qiymətləndirmələrinə görə, yaxın 2-3 il ərzində Azərbaycanda iqtisadi artım orta hesabla illik 3% təşkil edəcək.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









