Tikinti sektorunu canlandıracaq dəyişikliklər
Prezident İlham Əliyev “Tikintiyə icazələrin verilməsi üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Fərman imzalayıb.
Qanuna edilmiş dəyişiklikləri şərh edən İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə bildirib ki, yeni Fərman tikinti fəaliyyəti ilə məşğul olan sahibkarların fəaliyyətini bir qədər də sadələşdirəcək.
“Qanuna edilən dəyişikliklər sahibkarların tikinti aparmasını daha da asanlaşdıracaq və tikinti ilə məşğul olan şəxslərin fəaliyyətini bir qədər də stimullaşdıracaq. Belə ki, Qanuna əlavə edilən 75.1-1-ci yarımbəndə əsasən, sifarişçi sahibkar tikintiyə icazə üçün müraciət etməzdən əvvəl icazə parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər və sözügedən qurum müraciəti 10 gün müddətində cavablandırmalıdır. Qanuna edilən dəyişikliklərin daha bir özəlliyi tələb olunan günlərin azaldılmasıdır ki, bu məcəllənin 75.3 və 75.4 –cü bəndində qeyd edilib. Maddələrə əsasən, müvafiq icra hakimiyyəti orqanına tikintiyə dair ərizə və tikinti layihəsinin təqdim edildiyi zaman 5 iş günündən 3 iş gününə azaldılıb. Habelə müvafiq icra hakimiyyəti tərəfindən tikintiyə icazə ilə fəaliyyət sferasına toxunulan aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu 15 gün müddətindən, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gününə endirilib.
Bundan əlavə, texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin “Asan Kommunal”a verildiyini qeyd edən Nicat Hacızadə, bunun tikinti sahəsində sahibkarların fəaliyyətinin daha intensivləşməsinə , şəffaf və etibarlı mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini əlavə edib. “Məcəlləyə edilən dəyişiklər texniki şərtlərin və layihə-smeta sənədlərinin “ASAN Kommunal” mərkəzlərinə verilib ki, bu proses sənədləri sahibkarların daha sürətli şəkildə əldə etməsi ilə nəticələnəcək. Beləliklə, Prezidentin qanuna etdiyi dəyişiklik, tikinti sektorunda daha da canlanma yaradacaq və tikinti icazələrinin verilməsi indikatoru üzrə Azərbaycanın mövqeyinin beynəlxalq reytinqlərdə, xüsusilə “Doing Business” hesabatında yüksəlməsini bir qədər də sürətləndirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 2 d. əvvəl
-
-
13 d. əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 16 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
1 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır






















