Azərbaycanda alternativ maliyyələşmə ilə bağlı beynəlxalq konfrans keçiriləcəkdir
İslam İnkişaf Bankının Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı çərçivəsində “SUKUK - Azərbaycanda alternativ maliyyələşmə mexanizmi” mövzusunda vebinar keçiriləcəkdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən MArja-ya daxil olmuş məlumata görə, 26 oktyabr 2021-ci ildə baş tutacaq konfransda dövlət, özəl və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə islam maliyyə sisteminin qlobal miqyasda inkişafından və bu alternativ maliyyə mexanizminin infrastruktur layihələrində və dövlət-özəl tərəfdaşlığında tutduğu mövqedən bəhs ediləcəkdir.
Vebinar iki hissədən ibarət olaraq hər sessiyanın sonunda sual və cavab üçün şərait yaradılacaqdır. Açılış nitqini İİTKM-in icraçı direktoru professor Vüsal Qasımlı, ICD-nin baş icraçı direktoru Ayman Sejini və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov edəcəkdir. İlk sessiyanın mövzusu uyğun olaraq “Azərbaycanda alternativ maliyyələşmə mexanizmi SUKUK” olacaqdır. İkinci sessiya isə “Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşdirilməsi üçün alternativ maliyyə mexanizmi olan islami maliyyə sistemi” mövzusu ətrafında panel müzakirəsinə həsr ediləcək.
Qeyd edək ki, son dövrlərdə baş verən qlobal pandemiyanın və iqtisadi geriləmənin təsirlərinə baxmayaraq islam maliyyə sistemi inkişaf etməkdədir. Davamlı inkişafda olan alternativ maliyyələşmə mexanizmi ABŞ, Avropa İttifaqı ölkələri kimi inkişaf etmiş ölkələrdə belə tətbiq edilir. UBS, HSBC, City Bank, Lyolds TSD və digər dünyaca məşhur banklar islam pəncərəsi ilə bu xidməti öz müştərilərinə təklif edirlər. İslam maliyyə sistemi real aktivlərə əsaslanan kommersiya və maliyyə əməliyyatlarının vacibliyindən bəhs edir. Bu səbəbdən ötrüdür ki, aktiv əsaslı əməliyyatlar qiymətli kağızlar üzərində öz əksini tapır. SUKUK isə bunlardan biri olaraq islami istiqrazdır. Ümumilikdə, islam maliyyə sektorunun cəmi qlobal maliyyə aktivləri 2.88 trilyon ABŞ dolları ətrafındadır və bu göstəricinin 2024-cü ilə qədər 3.69 trilyon ABŞ dolları olması gözlənilir.
Vebinar alternativ maliyyə mexanizmi olan SUKUK-un Azərbaycanda təşviq edilməsinə xidmət edəcəkdir. Həmçinin, SUKUK-un alternativ maliyyə mexanizmi kimi Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrində tətbiq oluna bilmə məsələləri müzakirə ediləcəkdir.
26 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə 14:00-da keçiriləcək vebinarda iştirak üçün bu link vasitəsi ilə qeydiyyatdan keçmək mümkündür: https://idbgbf-org.zoom.us/webinar/register/WN_0gcPTmu3RyeAJ3JcjMbw-g
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
-
1 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
1 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
1 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Ən çox oxunanlar
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
Xırdalanda 2-ci KFC açılacaq
Azərbaycan və Gürcüstan 26 maydan Bakı-Tbilisi-Bakı üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur






.jpg)









.jpg)






