Ukraynanın dövlət borcu 90 milyard dolları keçib, valyuta ehtiyatları azalıb
Ukraynanın ümumi dövlət borcu 90 milyard dolları keçib və hökumət onu restrukturizasiya etməyə çalışır.
Marja xəbər verir ki, bu barədə cümə axşamı günü baş nazir Denis Şmiqal açıqlama verib.
"Bu gün Ukraynanın dövlət borcu 90 milyard dollardan bir qədər çoxdur",-Ukraynanın Focus nəşri ondan sitat gətirir.
Baş nazir əlavə edib ki, qəbul edilmiş strategiyaya uyğun olaraq, hökumət xarici borcları azaldaraq daxili borclanmanı artırmaq niyyətindədir.
Müxalifət Platforması əvvəllər bəyan etmişdi ki, 2020 -ci ildə Ukraynanın dövlət borcu ÜDM -in 50,3%-dən 60,8% -ə yüksəlib. Eyni zamanda, Ukraynanın 2022 -ci il büdcə layihəsində milli borcun ÜDM -in 64,6% səviyyəsində olacağı nəzərdə tutulur.
Ukraynanın beynəlxalq ehtiyatları sentyabr ayında 9,2% azalaraq 28,7 milyard dollara düşüb
Ukraynanın beynəlxalq ehtiyatları sentyabr ayında 9,2% (və ya 2,27 milyard dollar) azalaraq 28,7 milyard dollar təşkil edib. Bu məlumatı cümə axşamı Ukrayna Milli Bankı (NBU) dərc edib.
“İlkin məlumatlara görə,1 oktyabr tarixinə Ukraynanın beynəlxalq ehtiyatları 28,705 milyard dollar təşkil edib. Sentyabr ayında, dövlətin xarici öhdəlikləri üzrə ödənişlərin pik dövrü olduğundan ehtiyatlar 9.2% azalıb", -məlumatda deyilir.
Məlumata görə, dövlətin xarici valyutada dövlət borcuna xidmət və ödəməyə görə ödəmələrinin ümumi həcmi 2,557 milyard dollar təşkil edib. Xarici dövlət istiqrazlarına xidmət göstərmək və ödəmək üçün 2,521 milyard dollar, daxili dövlət istiqrazlarına xidmət etmək üçün isə 2,1 milyon dollar ayrılıb.
Bundan əlavə, sentyabr ayında bazar dəyəri və məzənnə dəyişikliyi səbəbindən yenidən qiymətləndirmə nəticəsində maliyyə alətlərinin dəyəri 202 milyon dollar azalıb. Sentyabr ayında Milli Bank valyuta bazarında 139,6 milyon dollar ehtiyat alıb. Məlumatda deyilir ki, beynəlxalq ehtiyatların cari həcmi Ukraynanın öhdəliklərini, hökumətin və NBU-nun cari əməliyyatlarını yerinə yetirmək üçün 4.4 ay kifayət edə bilər.
Sentyabrın 1-nə olan məlumata görə, Beynəlxalq Valyuta Fondundan (BVF) 1.92 milyard dollarlıq Xüsusi Borclanma Hüququnun (SDR) alınması sayəsində Ukraynanın beynəlxalq ehtiyatları doqquz illik rekord həddə - 31,6 milyard dollara çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
11 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
11 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
11 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
13 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb







.jpg)







.jpg)






