Çinin sürpriz təbii qaz alışı qiymətlərə təzyiqi artırıb
Çinin mayeləşdirilmiş təbii qaz idxalında yüksək qiymət verməsi enerji bazarlarında narahatlıq yaradıb.Çinin bu qış üçün enerji təhlükəsizliyinə dair artan qorxusu, dünyanın ən böyük idxalçılarından biri olan bu ölkəni mayeləşdirilmiş təbii qaz (LNG) alışında avropalı rəqiblərilə müqayisədə daha yüksək qiymət verməyə sövq edir. Marja xəbər verir ki, bu vəziyyət, onsuz da vəziyyətin gərgin olduğu enerji bazarlarında narahatlığı daha da artırıb.
Mövzu haqqında məlumata malik treyderlərə görə, dövlətə aid "China Petroleum & Chemical Corp"a (Sinopec) noyabr-mart dövründə təhvil alınmaq üzrə, ən azı 13 karqoluq LNG alışı ilə son ayların ən böyük satınalmalarından birini reallaşdırıb. Bu alış Avropadakı qiymətin çox üzərində bir qiymət ilə edilib və bu vəziyyət Çinin, enerji böhranının dərinləşməsi ilə birlikdə yanacaq üçün daha çox pul ayırmağa istəkli olduğunu göstərir.
Çində elektrik enerjisi fasilələrini zavodlardan sonra evlər də hiss etdirməyə başlayıb və ölkənin şimal bölgələrində yaşayanlar hal-hazırda elektrik enerjisinə fasilələr ilə qarşılaşırlar. Bu vəziyyət sosial sabitliksizlik və iqtisadi yavaşlama kimi risklər də yaradır. Çində zavodlar ölkəyə birbaşa idxal edilən təbii qazın böyük qisimini ya xam maddə ya da qızdırma məqsədli istifadə edir.
Avropadan Asiyaya, şimal yarımkürədə qış dövrü yaxınlaşarkən, qlobal iqtisadi bərpanın davam etdiyi bir vaxtda təklif çətinliklərinə görə təbii qaz qiymətləri güclü artıb. Çinin sürətlə böyüyən tələbi qlobal qıtlığın daha da artmasına gətirib.
Çinin bazara geri qayıtması Asiyadakı digər alıcıları da ürküdə və əlavə alışlara səbəb ola bilər. Belə bir vəziyyətdə qiymətlərin daha da artacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
31 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR























