Azərbaycanda 4 min 500-dən çox xarici şirkət fəaliyyətini dayandırılıb - DÖVLƏT XİDMƏTİ MƏLUMAT YAYDI
Yeni qeydiyyat üsulu ilə 1200 yerli investisiyalı MMC qeydiyyata alınıbDövlət Vergi Xidmətinin yaydığı məlumata görə, 2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş 12 aylıq azalma dövründən sonra, ardıcıl altı ayda (2021-ci ilin mart-avqust ayları) vergi ödəyicilərinin qeydiyyatının sayında artım müşahidə edilir
Marja məlumata istinadən xəbər verir ki, 2021-ci il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 291 min 565 vergi ödəyicisinin 87,8%-i fiziki şəxs, 12,2%-i hüquqi şəxs və digər təşkilatlar olub.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8% artıb ki, bu artımın 91%-i fiziki şəxslərin, 9%-i hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (98,6%) kommersiya qurumları hesabına baş verib. Kommersiya hüquqi şəxslərin 88,4%-i MMC, 1,5%-i səhmdar cəmiyyət, 1,3%-i kooperativ və s. formalarda yaradılıb.
Yanvar-avqust aylarında 7 min 482 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur. Həmin qurumlarının 82,8%-i elektron qaydada, 17,2%-i isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 92,3% təşkil edib. İlkin qeydiyyat prosedurundan keçmiş kommersiya hüquqi şəxslərdən 1701-nin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.
Hesabat dövründə qeydiyyatdan keçmiş 7 min 482 kommersiya qurumunun 91,2%-i yerli investisiyalı, 8,8%-i xarici investisiyalı müəssisələrdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının xüsusi çəkisi 36,5 % artıb.
2021-ci il sentyabrın 1-nə 16 min 382 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 10 min 982-nin fəaliyyəti aktivdir, 4 min 525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib.
Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8%-i Türkiyə, 11,6%-i Gürcüstan, 10,5%-i İran, 9,5%-i Rusiya, 5,3%-i Pakistan və 4,2%-i Hindistan investisiyalı hüquqi şəxslərdir.
2021-ci ilin yanvar-avqust aylarında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1200 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 64,4% çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.
2021-ci ilin 1 sentyabr tarixinə 300 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
2025-ci il "Bank Respublika" üçün necə keçib? - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
-
4 saat əvvəl
AccessBank 2025-ci ili gəlir və aktivlər üzrə artım ilə başa vurub
-
5 saat əvvəl
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
-
6 saat əvvəl
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
-
9 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 9 saat əvvəl
-
9 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
9 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
İlham Əliyevin Donald Tramp ilə görüşü olub - FOTOLAR
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı






















