ABŞ-ın birja indeksləri nəzərəçarpacaq dərəcədə azalması ilə bağlanıblar
Çinin böyük inşaat və əmlak şirkəti "Evergrande Group"un iflas edəcəyi qorxusu fonunda Nyu-York Birjasının əsas indeksləri bazar ertəsi günü keçirilən ticarət sessiyası ilə müqayisədə 1.7-2.2% düşüb.
Marja xəbər verir ki, "Dow Jones Industrial Average" 614,41 bənd (1,78%) azalaraq 33 970,47 bənd təşkil edib. S&P 500 indeksi 75.26 bənd (1.70%) geriləyərək 4357.73 bənd civarında olub. NASDAQ elektron ticarət indeksi 321.29 bənd (2.10%) azalaraq 15012.19-a düşüb.
Mütəxəssislərin fikrincə, iri Çin şirkətinin maliyyə problemləri bütün əsas sənaye sahələrində səhmlərin kəskin satışına səbəb olub.
Eyni zamanda, bəzi ekspertlər hesab edir ki, indekslərin aşağı düşməsi koronavirusun delta növünün yayılması fonunda bazarların sürətini itirməsi ilə də əlaqəli ola bilər.
WTI markalı xam neft ucuzlaşıb, belə ki, qiyməti 1,27 dollar (1,76%) azalaraq 70,70 dollara düşüb.
Dünən Asiya və Avropa Birjaları da düşüblər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 6 saat sonra
-
22 d. əvvəl
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
-
31 d. əvvəl
Avropa İttifaqından Türkiyə və Ermənistan arasında ticarətin başlamasına dəstək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
14 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
Ən çox oxunanlar
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib







.jpg)




.jpg)









