“Equinor” şirkəti Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edib
Norveçin enerji şirkəti “Equinor” Stiq Otlandın (Stig Aatland) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub.
Şirkətəin yaydığı məlumata görə, S. Otland öz yeni vəzifəsinin icrasına bu ilin sentyabr ayından etibarən, “Equinor”un Bakıdakı ofisində başlayacaq. S.Otland bu vəzifədə şirkətin Azərbaycandakı fəaliyyətinə 2017-ci ildən rəhbərlik edən Favad Quraişini əvəz edəcək.
Qeyd edək ki, Stiq Otland 15 ildən artıq neft və qaz sənayesində peşəkar iş təcrübəsinə malikdir. O, 2006-cı ildən "Equinor" (əvvəl "Statoil") şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Yeni təyinatına başlamazdan əvvəl, Stiq Qlobal Kəşfiyyat və Qazma İşləri üzrə vitse-prezident, Norveç kontinental şelfində üçüncü ən böyük neft yatağı olan “Yohan Sverdrup” layihəsində qazma və quyular üzrə vitse-prezident, Stavanger mobil qazma qurğuları üzrə vitse-prezident və “Equinor”un Norveç kontinental şelfində bütün mobil qazma qurğuların əməliyyatları üzrə rəhbər vəzifələrində çalışıb. Hal-hazırda o, həmçinin Beynəlxalq Kəşfiyyat və Hasilat üzrə vitse-prezident vəzifəsini tutur.
“Equinor”un Azərbaycan üzrə rəhbəri vəzifəsinə təyin olunduğum üçün çox məmnunam. “Equinor” şirkəti Azərbaycanda 30 ilə yaxındır ki fəaliyyət göstərir, bu bizim ən böyük və ən uzunmüdətli beynəlxalq öhdəliklərimizdən biridir. AÇG və BTC layihələrinin hələ ilk günlərindən iştirakçısı olmağımızdan qürur duyuruq. 1994-cü ildən bəri AÇG layihəsindəki tərəfdaşlarımızla birlikdə möhtəşəm nailiyyətlər əldə etmişik, və bundan sonra da Azərbaycana olan möhkəm bağlılığımızı göstərməkdə davam edəcəyik. Halhazırda, AÇG yat ağındakı mövqeyimizlə yanaşı, Xəzər dənizinin Azərbaycana aid sektorunda yeni imkanları dəyərləndiririk və SOCAR-la olan əməkdaşlığımızı daha da dərinləşdirilmək niyyətindəyik.” Bu sözləri əsrin müqaviləsinin 27-ci il dönümü ərəfəsində “Equinor” şirkətinin Azərbaycan üzrə yeni rəhbəri təyin olunan cənab Stiq Otland qeyd edib.
Stiq Otland, Trondheim şəhərində yerləşən Norveç Elm və Texnologiya Universitetində “Neft texnologiyası (qazma, hasilat və rezervuar)” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. O, Norveç vətəndaşıdır. Ailəlidir, üç övladı var. Norveç və İngilis dillərində sərbəst danışır.
Xatərladaq ki, "Equinor" şirkəti (2018-ci ilədək "Statoil") Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət “AzəriÇıraq-Günəşli” (AÇG) yataqlar bloku layihəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (7,27 %) və BakıTbilisi-Ceyhan (8,71 %) neft boru kəmərinin iştirakçısıdır. 2018-ci ilin may ayında SOCAR və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi və Əşrəfi - Dan ulduzu - Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişi imzalamışlar. Sazişlərə əsasən şirkətlər bərabər paya malikdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
22 d. əvvəl
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
- 28 d. əvvəl
-
33 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 38 d. əvvəl
- 41 d. əvvəl
-
42 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN
Ən çox oxunanlar
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb




















