Gürcüstanda SOCAR-ın inşa etdirdiyi idman kompleksi istifadəyə verilib
"SOCAR Gürcüstanda fəaliyyət göstərməkdən çox məmnundur, yaradılan şəraitə görə Gürcüstan hökumətinə minnətdarıq".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində şirkətin inşa etdirdiyi idman kompleksinin açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında əməkdaşlıq çox yüksək səviyyədədir: "SOCAR Gürcütana 1,2 milyard ABŞ dolları həcmində investisiya qoyub. Gürcüstan dövlətinin dəstəyi ilə sosial layihələr həyata keçiririk və bu ölkədə yaşayan soydaşlarımızın vətəndaş cəmiyyətinə inteqrasiya prosesinə öz töhvəmizi veririk".
R.Abdullayev SOCAR-ın Gürcüstana hədiyyə etdiyi müasir idman kompleksində gələcəyin olimpiya çempionlarının yetişəcəyinə ümidvar olduğunu bildirib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev ilə Marneuli rayonunun Qızılhacılı kəndinə səfər edib. Onlar kənddə SOCAR şirkətinin inşa etdirdiyi idman kompleksinin açılış mərasiminə qatılıblar.
Mərasimdə çıxış edən Baş nazir İrakli Qaribaşvili, "Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, qardaş dövlətdir" deyib və iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























