60 ildən sonra daha bir ilk yaşanır - Bir neçə saat sonra CANLI İZLƏ
Bir neçə saat sonra 4 nəfərin 3 günlük kosmosa səyahətə getməsi yayımlanacaq1961-ci ildə 1-сi dərəcəli hərbi təyyarəçi, mayor Yuri Qaqarinin səyahəti ilə bəşəriyyət öz tarixində bir ilkə imza atdı - Kosmosun fəthinə başladı. 60 ildən sonra isə daha bir ilk yaşanır - bu dəfə kosmik gəminin heyəti peşəkar kosmonavtlardan yox, bu sahəyə aid olmayan insanlardan ibarətdir...
Marja xəbər verir ki, Tesla rəhbəri Elon Maskın 2002-ci ildə qurduğu daha bir şirkət - hazırda bazar dəyəri 75 milyard dollara yaxın olan SpaceX-in istehsal etdiyi “Falcon-9” daşıyıcı raketi bu gün 4 nəfərdən ibarət komandanı 3 günlük kosmik səyahətə aparacaq.
“Dragon” kapsulunun içində Yerdən 575 kilometr məsafəyə qalxacaq heyətə uçuşun xərclərini ödəyən amerikalı milyarder Cared İsaakman, səhiyyə işçisi, 10 yaşında xərçəngə qalib gələn Hayley Arsenauks, geologiya professoru Sian Proktor və data analitiki Kris Sembroski daxildir.
Kosmik gəminin qalxacağı məsafə hazırda Yerdən ən hündür mövqedə dayanan süni peyk - Beynəlxalq Kosmik Stansiyanın orbitindən də 150 km daha yüksəkdir. Inspiration4 (ilhamlandıran dördlük) adlandırılan missiyanın əsas məqsədi xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün dərman kampaniyalarına dəstək verməkdir.
Raketin ABŞ-ın Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən yerli vaxtla saat 20:02-də havaya qalxması ilə başlayacaq səyahəti SpaceX saytından və bu linkdən canlı izləyə bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























