Çayxana 24 min manata özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi 23 mayda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib. Bu dəfəki hərracda 2 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi özəlləşdirilib.
Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 1-i paytaxtda, 2-si isə regionlarda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti Qaradağ rayonunda yerləşir.
Regionlarda keçirilən hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib.
Özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Sabunçu rayonunda və Gəncə şəhərində yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Sabunçu rayonunda yerləşən 11 saylı çayxana olub. Adı çəkilən əmlak 24 min manata özəlləşdirilib. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özələşdirilib. Torpaq sahəsi 531,7 kv.m, ümumi faydalı sahəsi isə 89 kv.m-ə yaxındır. Özəlləşdirilən növbəti kiçik dövlət müəssisəsi Gəncə şəhərində yerləşən Çilingər emalatxanasıdır. Belə ki, həmin əmlak 1275 manata sahibini tapıb.
Bölgələrdə özəlləşdirilən 2 qeyri-yaşayış sahəsindən 1-i Sumqayıtda, 1-i isə Ağdaşda yerləşir. Özəlləşdirilən əmlaklarıın sahəsi isə 16,6 kv.m ilə 67,1 kv.m arasında dəyişir.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Qaradağ rayonunda yerləşən, sahəsi 16,6 kv.m olan qeyri yaşayış sahəsidir. Həmin əmlak 3 min 500 manata özəlləşdirilib. Həmçinin Ağdaş rayonunda yerləşən, sahəsi 28,2 kv.m olan qeyri yaşayış sahəsi də 6 min manata sahibini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)








