“Dostlar”da gizli su anbarı, Qağayı”da isə xətt aşkarlanıb
İçməli sudan qanunsuz istifadənin, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Səbail rayonunda nəzarət-yoxlama tədbirləri keçirilib.
Marja “Azərsu” ASC-yə istinadən xəbər verir ki, həyata keçirilən yoxlamalar zamanı yenə də sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.
Səbail rayonu 20-ci sahə yaşayış massivində həyata keçirilən nəzarət tədbirləri zamanı “Dostlar” kafesində su sayğacının dayandırılması, kənar xəttdən istifadə və gizli su anbarı aşkarlanıb. Görünür, bu üsula əl atan sahibkarın heç ağlına da gəlməyib ki, kifayət qədər müştərisi olan obyektin su sərfiyyatında şübhələr yarana bilər. Beləki ki, obyektin su sərfiyyatına görə aylıq ödəniş cədvəli tələbata uyğun gəlmədiyindən obyektin su təchizatına baxış keçirilməsinə zərurət yaranıb və şübhələr özünü doğruldub. Məlum olub ki, kafe hər gün işləsə də, sayğacdan su fasilələrlə keçir.
Sudan qanunsuz istifadə olunan növbəti böyük ünvan “Şıxov” ərazisindəki “Qağayı” çimərliyi olub. Eyni ilə burada da sahibkar yaxınlıqdan keçən magistral kəmərdən gizli xətt çəkərək, sudan qanunsuz istifadə edib. Su əvvəlcə ehtiyat çənə, sonra isə çimərlikdəki bulaqlara ötürülürmüş. Obyektin su təchizatına görə hər hansı rəsmi müqavilə, su sayğacı olmadığına və sudan qanunsuz istifadə hallarına yol verildiyinə görə dəymiş ziyan hesablanaraq akt tərtib olunub və su təchizatı dayandırılıb.
Badamdar qəsəbəsi 2 ünvanındakı villalardan birində də böyük bir iaşə obyektinin işlətdiyi qədər sudan qanunsuz istifadə olunduğu aşkarlanıb. Bütün müraciətlərə məhəl qoymayan evin sahibi müqavilə bağlamaqdan imtına edib və “Azərsu” ASC əməkdaşalarına qarşı kobudluq edərək, vəzifə borclarını yerinə yetirmələrəinə mane olub. Amma bununla belə sudan qanunsuz istifadə edilən ünvanla bağlı akt tərtib olunaraq suyun verilişi dayandırılıb.
Sudan qanunsuz istifadə edən əhalini və sahibkarkarı bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Ümumilikdə cari ilin ötən dövründə sudan qanunsuz istifadə ilə bağlı 185 fakt araşdırılıması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Qeyd edək ki, 2021-ci ilin 8 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 11 532, Səbail rayonu üzrə isə 427 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 3 mln 119 min kubmetr, Səbail rayonu üzrə isə 134 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
17 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
5 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində





















