Meyvə yetişdirənlər subsidiya almaq üçün damcılı suvarmadan istifadə etməli olacaq
Aqrar Subsidiya Şurasının qərarına əsasən meyvəçilik sahəsində 2022-ci ildə salınacaq bəzi bağlara bir dəfəyə məxsus əkin subsidiyası ödəniləcək.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov Aqrar Subsidiya Şurasının gələn il üçün subsidiya əmsallarında dəyişliklərə həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2022-ci ildə Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində 2022-ci ildə salınacaq üzüm bağlarının hər hektarına görə 8 000 manat birdəfəlik əkin subsidiyası veriləcək. Deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində 2022-ci ildə salınacaq intensiv nar və zeytun bağlarının hər hektarına müvafiq olaraq 5 000 və 4 900 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4 400 manat birdəfəlik əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur. 2022-ci ildə salınacaq damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə fermerlərə 9 000 manat birdəfəlik əkin subsidiyası veriləcək. Habelə, 2021-ci ildən başlayaraq salınan qeyd edilən kivi bağlarına görə fermerlərə 640 manat, digər kivi bağlarının hər hektarına görə isə 230 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
Subsidiyalar damcılı suvarma olan meyvə bağlarına aid edilir. Subsidiya almaq üçün torpaq sahələri 2 hektardan çox olan toxum və ting istehsalçıları əkin apardıqları torpaq sahələrinin hər 2 hektarına görə, torpaq sahələri 5 hektardan çox olan digər kənd təsərrüfatı məhsulları istehsalçıları isə əkin sahələrinin hər 5 hektarına görə bir torpaq analizi verməlidirlər.
Torpağın aqrokimyəvi analizinin nəticələrini əkin bəyanları müddətində EKTİS-ə daxil etməyən fermerlərə əkin subsidiyası ödənilməyəcək. İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir: alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar; xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar; limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar; fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar; badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar; qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar; əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib. Ənənəvi bağ kimi təsnifləndiriləcək belə bağların hər hektarına görə fermerə 250 manat əkin subsidiyası ödəniləcək.
Report
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 16 d. əvvəl
-
30 d. əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
42 d. əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
-
56 d. əvvəl
SOCAR Afrikada neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
-
1 saat əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Türkiyə Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
2 saat əvvəl
Azərbaycanda “Roblox” oyun platformasına qarşı konkret tədbirlər görülə bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Fransa bank yüzlərlə əməkdaşını işdən çıxaracaq
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
“Bank BTB”nin əməliyyat mənfəəti 11 faizdən çox artıb





















