“PSG Finans”ın xalis mənfəəti 5 dəfəyə yaxın azalıb
“PSG Finans” Bank olmayan kredit təşkilatı MMC 2016-cı ili 24 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” kredit təşkilatının balansına istinadən xəbər verir ki, ötən il 533 min manat xalis faiz gəliri əldə edilsə də, müştərilərə verilmiş kreditlərin dəyərsizləşdirilməsi üzrə ehtiyata 588 min manat ayrıldığından 55 min manat zərər yaranıb. Lakin kredit təşkilatı məzənnə fərqindən 168 min manat gəlir əldə etdiyindən zərəri ortadan qaldırmaqla bərabər işçilərlə bağlı, ümumi və inzibati xərclərni, mənfəət vergisini ödəyə və ili 24 min manat xalis mənfəət ilə başa vura bilmişdir.
Kredit təşkilatı 2015-ci ili 117 min manat xalis mənfəət ilə başa vurmuşdu.
31 Dekabr 2016-cı il tarixində “PSG Finans” 2 milyon 410 min manat cəmi aktivlərə, o cümlədən 1 milyon 853 min manat kredit portfelinə malik olub. Ötən ilin sonunda təşkilatın cəmi kapitalı 1 milyon 571 min manat təşkil edib.
2015-ci ilin sonunda “PSG Finans” 3 milyon 579 min manat cəmi aktivlərə, o cümlədən 1 milyon 756 min manat kredit portfelinə malik idi.
Əsası 2013-cü ildə qoyulmuş “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı Azərbaycan Respublikasının qanunverilcliyi ilə müəyyən edilmiş qaydada az gəlirli şəxslərə, məcburi köçkün, qaçqınlara, demobilizə olan və müharibədən zərər çəkən şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə, o cümlədən az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan maliyyə instututlarına genişmiqyaslı xidmətlər götərən maliyyə qurumudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
34 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)












.jpg)




