Koronavirusla əlaqədar fırıldaqlar - 545 MİLYON DOLLAR
Amerikanlar pandemiya başlayandan bəri bu qədər pul itirib...Pandemiya bir çox sahələrə ciddi zərbə vursa da, təcrübəli fırıldaqçılar yeni məhdudiyyətlərdən bir imkan kimi istifadə etməyi bacarır.
Marja xəbər verir ki, təkcə ABŞ-da COVID-19 infeksiyası pandemiya elan ediləndən bəri (mart 2020-avqust 2021) fırıldaqçıların qurbanı olan amerikanlar 545 milyon dollar itirib.
Federal Ticarət Komissiyasına (FTC) həmin dövrdə pandemiya mövzusunda 589 min müştəri şikayəti daxil olub. Bunların 61%-dən çoxu sırf fırıldaqçılıqla bağlıdır. Onlayn ticarətdən səyahət və turizm paketlərinin satışına qədər sahələrdə bir müştərinin orta itkisi 380 dollar olub.
Amerikanlar pandemiyanın davam etdiyi müddətdə əksər hallarda karantin tədbirlərinə görə daha çox evdə qalıb və sifarişlərin mütləq əksəriyyəti onlayn edilib. 55 minə yaxın şikayət məhz bu səpkidədir - pul ödənib, sifariş edilən məhsul isə gəlməyib. Ən iri məbləğ - 79 milyon dollar isə tətil və səyahət sifarişləri ilə bağlıdır. Burda əsas məsələ əksər sifarişlərin ləğv olunması, lakin ödənilən pulun geri qaytarılmaması və xidmət təklif edənlərin yoxa çıxmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























