“Carlsberg Azerbaijan” dilerlər seçir
“Carlsberg Azerbaijan” MMC pivə satışı məqsədilə dilerlər seçir. Bu barədə şirkətdən məlumat verilib.
“Seçimdə iştirak üçün pivə satışı üçün öz avadanlığının olması, şirktin məhsllarının müstəqil nəqli və bank zəmanətinin rəsmiləşdirilməsi zəruri şərtlərdir”, - deyə məlumatda vurğulanır.
Satış on-trade kanalı vasitəsilə, yəni pivənin bilavasitə istehlak olunduğu yerlərdə həyata keçirilməlidir.
“Baltika-Bakı” pivə zavodu Xırdalan şəhərində yerləşir. “Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə edib, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə verib.
Fevralın 14-dən “Baltika-Bakı” MMC-nin adı dəyişdirilərək “Carlsberg Azerbaijan” MMC adlandırılıb. Bu addım Azərbaycanda yerləşən pivə istehsalı zavodunun birhissəsi olduğu “Carlsberg Group” şirkətinin sonrakı inteqrasiyası və firma üslubunun qrupun digər şirkətləri ilə birləşdirilməsi üçün atılıb.
Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Zavodun inkişafına sərmayələrin ümumi məbləği 47 mln. manat təşkil edir. “Baltika-Bakı” Xırdalan, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Xırdalan Draft”, “Kuler”, “Əfsanə”, “Jiqulevskoe” kimi pivə brendləri istehsal edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
56 d. əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
2 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
2 saat əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
Ən çox oxunanlar
İyunun 13-də gözlənilən hava şəraiti
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"



















