Expressbank müştərilərinə 900.000 manat "cashback" qaytarıb!
(®️) “Xərclərinizi gəlirə çevirin” şüarı ilə istifadəçilərin rəğbət və sevgisini qazanan Expressclub yarandığı gündən bu günədək müştərilərinə 900.000 AZN vəsait qazandırıb.
“Expressbank”ın “Expresso” kartlarına sahib olaraq Expressclub-un üzvünə çevrilən hər kəs ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 30% - dək hissəsini karta geri alırlar. Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar. Hətta, müştərilər bu imkandan Expressclub tərəfdaşı olmayan, lakin POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində faydalana bilərlər.
ExpressClub tərəfdaşlar şəbəkəsinə İrşad, KFC, Toyota Baku, KİA motors, Baku Electronics və ümumilikdə 500-ə yaxın satış və xidmət məntəqələri daxildir və burada keçirilən kampaniya və aksiyalar haqqında, həmçinin endirimlər barədə ilk olaraq xəbər tutmaları üçün müştərilərə Expressclub mobil əlavəsini də təqdim edir. (yükləmək üçün link: https://www.expressbank.az/expressclub-app ) Həmçinin, mobil tətbiq vasitəsi ilə müştərilər nə qədər “cashback” qazandıqlarını da görə bilərlər. Bankın Expressclub üzvü olan hər kəsə təqdim etdiyi bütün imkanlardan faydalanmaq üçün isə sadəcə Expressbank-ın istənilən plastik kart sahibi olması kifayətdir.
İndi isə “Expressbank”ın “Expresso” kartlarını ilkin mədaxil ilə tam pulsuz əldə etmək mümkündür. Kampaniya çərçivəsində Expresso kartlarını əldə etmək istəyən müştərilər hesablarına minimum 250 AZN /150 USD /100 EUR /100 GBP ilkin mədaxil etməklə Expresso Standard, 500 AZN /300 USD / 200 EUR / 200 GBP mədaxil etməklə Expresso Gold, 1000 AZN /600 USD / 400 EUR / 400 GBP ilkin mədaxil etməklə isə Expresso Platinum kartını tam pulsuz şəkildə və istənilən müddətə əldə edə bilərlər. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya https://www.expressbank.az/cards/expresso vasitəsi ilə kartı onlayn sifariş etmək kifayətdir.
Üstəlik “Expresso Platinum Visa” kart sahibləri “Lounge key” xidmətindən və əlavə olaraq 1 noyabr 2021-ci il tarixinədək 2 dəfə COVİD-19 testindən pulsuz keçə bilərlər.
Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
-
- 13 d. əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
13 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək













.jpg)











