BMT: İqlim dəyişiklikləri gələcəkdə daha dəhşətli fəlakətlər törədəcək
Bunun qarşısını almaq üçün indidən tədbirlər görülməlidirBirləşmiş Millətlər Təşkilatı 2013-cü ildən bəri ilk dəfə olaraq öz ekspertlərinin qlobal iqlim dəyişiklikləri barədə hesabatını dərc etmişdir. Hesabatda bildirilir ki, təxminən 10 ildən sonra Yer üzündə temperatur dünya liderlərinin qarşısını almağa cəhd etdiyi istilik səviyyəsindən yüksək ola bilər.
Hesabata görə, planetdə son 40 ildə temperatur əvvəlki 2000 ilin hər bir dövrü ilə müqayisədə daha sürətlə qalxmışdır. 2011-2020-ci illərdə o, 1850-1900-cü illərin orta temperatur göstəricilərini Selsi üzrə təqribən 1,1 dərəcə üstələmişdir. Son 5 il isə 1850-ci ildən bəri müşahidələr tarixboyu ən isti illər olmuşdur.
Hesabat müəllifləri ehtimal edirlər ki, yaxın onilliklərdə dünyanın bütün regionlarında iqlim dəyişiklikləri daha çox hiss olunacaq. Orta aylıq temperaturun 1,5 dərəcə artması ilə ekstremal isti fazalarının sayı çoxalacaq, ilin ilıq dövrləri uzanacaq, soyuq dövrləri isə daha qısa olacaq. İstisna olunmur ki, 2050-ci ilədək Arktikada ildə azı bir dəfə - sentyabrda buzlar əriyəcək.
1990-cı illərdən bəri alimlər böyük ehtimalla (90 faiz) buzlaqların qlobal əriməsinin əsas aparıcı qüvvəsi kimi insan amilini adlandırırlar. Bu, artıq dünyanın müxtəlif ölkələrində digər ekstremal hava şəraitinə, məsələn, yaxınlarda Türkiyədə, Yunanıstanda və Şimali Amerikanın qərb hissəsindəki istilik dalğalarına, yaxud Almaniyada və Çində daşqınlara səbəb olmuşdur. Şəhərlər tez-tez “istilik adaları”na çevrilərək yüksək temperatur zonaları olurlar. Afrikanın cənubunda və Aralıq dənizi ətrafındakı regionlar da quraqlıqdan və istidən əziyyət çəkirlər.
Ekspertlər dünya okeanının səviyyəsinin artmasını da proqnozlaşdırırlar. Bu isə böyükmiqyaslı daşqınlara səbəb ola bilər.
2005-ci ildə BMT çərçivəsində iqlimlə bağlı Paris sazişi qəbul edilmişdir. Onun əsas məqsədi istixana qazlarının tullantılarını azaltmaq və 2100-cü il üçün planetdə orta illik temperaturun artmasına 2 dərəcədən çox yol verməməkdir. Lakin alimlər hesab edirlər ki, artacaq temperaturu 1,5 dərəcə hüdudunda saxlamaq uğrunda mübarizə artıq uduzulmuşdur.
BMT-nin Baş katibi Antoniu Quterrişin dediyinə görə, bu hesabat bəşəriyyət üçün qırmızı koddur. Tullantıların qarşısı təcili olaraq alınmasa, onlar planetimizi məhv edəcək. Fəlakətin qarşısını almaq üçün isə artıq indidən müvafiq tədbirlər görülməlidir.
Xatırladaq ki, yüzdən çox ölkə karbon qazının antropogen tullantılarının təxminən əsrin ortalarınadək sıfıra endirilməsi üçün üzərlərinə qeyri-rəsmi öhdəliklər götürmüşlər. Hesabatda deyilir ki, bu öhdəliklər çox vacibdir və hələ də ən dəhşətli fəsadların bir çoxunun qarşısını ala bilər.
Bu ilin payızında dünya ölkələrinin iştirakı ilə Şotlandiyada keçiriləcək iqlim üzrə danışıqlarda yaranmış təhlükəli vəziyyət əsas müzakirə mövzusu olacaq.
“Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
45 d. əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 47 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA







.jpg)








.jpg)



