Natiq Əliyev razılaşmanın davamlı olacağına ümidlidir - VYANAYA SƏFƏR EDƏCƏK
Azərbaycan prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev 23-25 may 2017-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.
Energetika Nazirliyinin mətbuat xidmətindən "Marja"ya bildirilib ki, N.Əliyev Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək.
Eyni zamanda, Azərbaycanın neftin qiymətinin sabitləşdirilməsi məramlı tədbirlərdə yaxından iştirakının əhəmiyyətini, bu tədbirlərdə aparıcı rol oynamasını nəzərə alaraq, OPEC-in baş katibi Mohammad Sanusi Barkindo, eləcə də OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin rəhbəri, Küveytin neft naziri Əssam əl-Marzuk Natiq Əliyevlə görüşməyi təklif ediblər.
OPEC-in Nazirlər Şurasının iclasında Vyanada Monitorinq Komitəsinin hasilatın azaldılması ilə bağlı öhdəliklərinin icrasının neft bazarına təsiri, enerji bazarında müşahidə olunan tendensiyalar və iqtisadi inkişaf tempinin təhlili əsasında hazırlanmış hesabatı açıqlanacaq. İlin ikinci yarısı üçün Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu məhz bu hesabatın nəticələrinə əsasən müəyyənləşəcək.
Nazir hesab edir ki, OPEC üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma tarixi bir qərar olub:
"Neft hasil və ixrac edən ölkələrin dünya neft bazarında payından və çəkisindən asılı olmayaraq ilk dəfə olaraq nümayiş etdirdiyi yekdil mövqe ilin birinci yarısı üçün nəzərdə tutulan sazişin uğurlu nəticəsini təmin etmiş oldu. Neft bazarında və neftin qiymətində müşahidə olunan sabitləşmə prosesi, öhdəliklərin icrası OPEC və qeyri-OPEC ölkələrinin birgə qərarının işləkliyini sübut etməklə bərabər, 5 ay bundan əvvəl dünya enerji bazarını saran problemdən çıxış metodunun da düzgün seçildiyini, hasilatın azaldılması qərarının özünü doğrultduğunu bir daha təsdiqləyir. Vyana sazişinin nəticələrinin davamlı olmasına ehtiyac var. Bu məqsədlə bütün neft hasil edən ölkələrin bu prosesdə fəal iştirakı, ümumi mənafe naminə birgə hərəkət etməsi vacibdir. Azərbaycan neft hasilatının azaldılması barədə razılaşmanı imzalayan tərəf kimi bundan sonra da neft bazarında qiymət sabitliyinin davamlı olması üçün növbəti addımları atmağa hazırdır".
Xatırladaq ki, cari ilin yanvar ayından etibarən, Azərbaycan ölkədə hasilatı nəinki sutkada 35 min barrel azaltmaqla müvafiq öhdəliyinə uyğunlaşdırıb, hətta kvotadan da artıq azalmaya nail olub. Rəqəmlərə istinad etsək, görərik ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevral ayında 776,4 min barrel, mart ayında 733,3 min barrel, aprel ayında 781,1 min barrel olub. OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsi Azərbaycanı bu prosesdə aparıcı ölkə kimi qiymətləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


