Ərdoğan faiz-inflyasiya əlaqəsindən danışdı, Türk Lirəsi dəyərdən düşdü
Ərdoğan hesab edir ki, Mərkəzi Bankın yüksək faizi yüksək inflyasiyaya səbəb olur.Dollar/Türk Lirəsi (TL) məzənnəsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın faizlərin aşağı salınması ilə inflyasiyanın da Avqustda azalmağa başlayacağına dair açıqlamasından sonra 1%-dən çox yüksələrək 8,57-nin üzərini test edib (Dollar bahalaşıb, Türk Lirəsi ucuzlaşıb)
Türk lirəsi İyul ayında 2,5% artıma ən çox dəyər qazanan inkişaf edən ölkə pul vahidi idi.
Dünən Dollar/TL məzənnəssi 8,30 səviyyələrinədək geriləmişdi.
Marja xəbər verir ki, qatıldığı canlı verilişdə Avqust ayında inflyasiyada enişin görüləcəyini qeyd edən Ərdoğan, "İqtisadiyyatdakı qabaqcıl göstəricilərə baxdığımızda iqtisadi inkişaf meylinin davam etdiyini görürük. İqtisadiyyatın 7%-in üzərində artmasına nail olacağıq. Bundan sonra inflyasiyanın daha yuxarı çıxması mümkün deyil. Faiz nisbətlərində də enişə keçirik, yüksək faiz yoxdur. Çünki yüksək faiz, bizə yüksək inflyasiyanı gətirəcək. Buradan da mən siqnalımı müəyyən yerlərə hərhalda vermiş oluram, çünki bundan belə inflyasiyanın daha yuxarı çıxması mümkün deyil, çünki faiz nisbətlərində də bir dəfə enişə keçirik" deyib.
İyul ayında açıqlanan illik inflyasiya ilə Türkiyə Respublikası Mərkəzi Bankının pul siyasət faizi arasındakı fərq az qala sıfıra enib. İqtisadçı və analitiklərin əksəriyyəti artıq faiz endirimi üçün yer qalmadığını və ilin geri qalanında da faiz endirimi gözləmədiklərini bildirmişdilər.
Türkiyədə illik inflyasiya İyulda 18,95% təşkil edib. Mərkəzi Bankın faizi isə 19% səfiyyəsindədir.
Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu da inflyasiya hesabatının təqdimatına etdiyi çıxışında, əmtəə qiymətləri, məzənnə və artan tələbin inflyasiyaya yuxarı istiqamətdə təsir etdiyini bildirmiş, pul siyasəti faizinin inflyasiyaya əsasən müəyyən olunmağa davam edəcəyini söyləmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






