Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi
Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.
Qərar parlamentdə səsverməyə çıxarılaraq qəbul edilib.
98 nəfər layihənin lehinə səs verib. 1 nəfər bitərəf qalıb, 1 nəfər isə səs verib
Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir.
İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.
Milli Məclisin plenar iclasında iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Baş prokurorun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra və bu məqsədlə Baş prokurora suallar verə, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.
Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.
Spiker: “Deputat özünü heç kimdən üstün tutmamalıdır”
“Prezident ilham Əliyevin parlamentin açılışında çıxışındakı tövsiyələri hər birimizin yadındadır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatla bağlı çıxışında spiker Sahibə Qafarova söyləyib.
Spiker deyib ki, deputat xalqın diqqət mərkəzindədir: “Deputat özünü heç kimdən üstün tutmamalıdır. Mən həmkarımızın deputata yaraşmayan hərəkəti ilə bağlı dərin təəssüfümü bildirirəm. İnanıram ki, gələcəkdə bu cür hadisələri müzakirə etmək məcburiyyətində qalmayacağıq. Baş prokurorun təqdimatında deputatın toxunulmazlığına xitam vermək üçün kifayət qədər əsas var”.
Əli Hüseynli deputatın vəzifəli şəxs olub-olmaması barədə məsələyə aydınlıq gətirib
“Deputat həmkarlarım arasında deputatın vəzifəli şəxs olması ilə bağlı mübahisəli fikirlər səsləndirildi”.
Bunu bu gün Milli Məclisin iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına münasibət bildirən Milli Məclis sədrinin Birinci müavini Əli Hüseynli söyləyib.
Ə. Hüseynli deyib ki, deputat vəzifəli şəxsdir və bir çox qanunun subyektidir: “Ona görə də Baş Prokurorluğun vəzifə həddini aşma ilə bağlı cinayət işi açması mübahisə yaratmamalıdır”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında bəzi deputatlar deputatın vəzifəli şəxs sayılmadığını bildirib, bu halda deputat Eldəniz Səlimov barəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmasını mübahisəli hesab ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
26 d. əvvəl
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
-
36 d. əvvəl
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
-
-
45 d. əvvəl
"Avropada cəmi 6 həftəlik aviasiya yanacağı qalıb, bəzi uçuşlar ləğv oluna bilər"
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
-
3 saat əvvəl
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
"PAŞA Kapital"ın xalis mənfəəti artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
Speedtest Global Index: Son 1 ildə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 24%, mobil internetin sürəti isə 28% artıb
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
Ən çox oxunanlar
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
Aprelin 17-də gözlənilən hava şəraiti
"PAŞA Kapital"ın xalis mənfəəti artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
"BRAND CREDİT" BOKT maliyyə göstəricilərini açıqladı - HESABATLAR VƏ AUDİTORUN RƏYİ

















.jpg)







