AYİB-in Gəncəyə ayırdığı kreditin təsdiqlənməsi sentyabrda gözlənilir
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərində bərk tullantıların toplanması infrastrukturunun modernləşdirilməsi (tullantıların toplanması və küçələrin təmizlənməsi üçün maşınlar və konteynerlər) məqsədilə Azərbaycan hökumətinə ayırdığı 10 mln. avro məbləğində olan kreditin təsdiqlənmə tarixini dəyişib
Bankdan verilən məlumata görə, əməliyyat və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasının da daxil olduğu layihəni Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi icra edəcək. Borcalan - Maliyyə Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan hökumətidir.
Kreditin təsdiqlənmə tarixi əvvəlcə 15.12.2020-ci il göstərilsə də, daha sonra 9 mart tarixinə keçirilmişdi. Hazırda konsepsiya yoxlamasından keçən və yekun yoxlamanı gözləyən layihənin təsdiqlənmə tarixi 14 sentyabr göstərilir.
Qeyd edək ki, bundan əlavə, AYİB şəhərin küçə işıqlandırma sisteminin, şəhər nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazır olduğunu bildirmişdi və hazırkı layihə sözügedən təşəbbüs çərçivəsində reallaşır.
Xatırladaq ki, bu ilin mayın 31-nə AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 36 layihə üzrə 1,124 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (aprelin 30-u) 2,5% azalıb. Lakin aktiv layihələrin sayı mayda 35-dən 36-ya yüksəlib.
Bugünədək bank Azərbaycana 177 layihə üzrə 3,089 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 84,1%-i (2,597 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 23%-i özəl sektorun payına düşüb.
Təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 15 d. əvvəl
-
16 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub























