“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın mənfəəti 8% artıb
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2020-ci ili 352 milyon 962 min manat mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 8,2% çoxdur.
Ötən il “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın gəlirləri 875 milyon 362 min manat (əvvəlki illə müqayisədə 24,55% az), xərcləri isə 522,4 milyon manat (37,35% az) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın aktivləri 3 milyard 445 milyon 444 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,1% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 2,7% azalaraq 9 milyon 533 min manata düşüb, balans kapitalı isə 11,1% artaraq 3 milyard 435,91 milyon manata çatıb.
Xatırladaq ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 728 milyon 428 min manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.
Həmçinin oxu
Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradırReport
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
10 d. əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
- 27 d. əvvəl
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
8 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
9 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
9 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
9 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
Ən çox oxunanlar
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























