Neft ABŞ-dan gələn xəbərlər ilə bahalaşır
ABŞ Energetika İdarəsinin (EIA) nəşr etdiyi hesabata görə, 23 İyulda bitən həftədə ölkdə neft ehtiyatları 4,089 milyon barel azalıb. Anbarlarda neft ehtiyatlarının 2,928 milyon barel azalacağı gözlənilirdi. Bir əvvəlki həftə ehtiyatlar 2,108 milyon barel azalmışdı.
Marja xəbər verir ki, ABŞ-da xam neft ehtiyatları 2020-ci ilin Yanvar ayından bəri ən aşağı səviyyəyə geriləyib.
Analitiklər bildirirlər ki, EIA hesabatında qeyd edilən azalma, Covid-19 virusunun Delta variantı səbəbindən artan yoluxma sayılarının hərəkətlilik üzərində çox təsiri olmadığını göstərir.
Digər tərəfdən ABŞ Mərkəzi BAnkı Fed, Çərşənbə günü faiz qərarını açıqlayıb, artan yoluxma saylarına baxmayaraq ABŞ iqtisadiyyatındakı bərpanın hələ yaxşı getdiyini bildirib. Fed faizini 0% - 0,25% aralığında saxlayıb, qiymətli kağız alışlarının da davam edəcəyini qeyd edib.
Bakı vaxtı ilə saat 10:20-də Brent neftinin qiyməti 0,44% artımla 75,05 dollar, WTI neftinin qiyməti 0,6% yüksəlişlə 72,80 dollar olub. Hər iki neft 70 dollar üzərində ticarət olunmağa davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
6 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
11 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
12 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi




















