SOCAR-ın işdən azad olunan rəhbər vəzifəli şəxsləri ilə görüş keçirilib
Rövnəq Abdullayev: "Prezident qarşımıza yüksək hədəflər qoyub"Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitse-prezidentləri ilə görüş keçirilib.
Marja SOCAR-a istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görüşdə çıxış edərək deyib: “Sizinlə birgə keçdiyimiz bu çətin və şərəfli yol Azərbaycanın iqtisadi inkişafı və yüksəlişi dövrünə təsadüf edib. Son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bizim hər birimizə böyük etimad göstərərək qarşımıza yüksək hədəflər qoyub. Cənab Prezidentimizin rəhbərliyi altında həmin hədəflərə çata bilmişik. Şirkətimizin və ölkəmizin böyük inkişafında iştirak etmək imkanını bizə verdiyinə görə cənab Prezidentə minnətdar olmalıyıq”.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar da çıxış edib, onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildirib, bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını, dövlətimizin və dövlətçiliyin güclənməsi istiqamətində var güclərini sərf edəcəklərini qeyd ediblər.
Sonda B. Hüseynova, D. Məmmədova, M. İsmayılova və T. Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilmiş və xatirə şəkli çəkdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib






















