İyunda Azərbaycana avtomobil idxalında 2021-ci ilin rekordu
2021-ci ilin yanvar-iyun ayları ərzində (ilk 6 ayda) Azərbaycana 397 milyon 587 min dollar dəyərində 39 min 643 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal edilib.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə 16 min 230 ədəd və ya 69,3% çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana 289 milyon 912 min dollar dəyərində 23 min 413 ədəd avtomobil idxal edilmişdi.
Bu ilin ilk 6 ayında minik avtomobillərinin idxalı 36 min 741 ədəd təşkil edib (ötən ilin ik 6 ayında 21 min 917 ədəd təşkil etmişdi).
Təkcə 2021-ci ilin iyun ayında Azərbaycana 8 min 423 avtomobil idxal edilib. Bu, 2021-ci ilin ötən dövründə ən yüksək aylıq nəqliyyat vasitələri idxalıdır. Həmçinin bu ilin yanvarında 4 min 642 ədəd, fevralında 4 min 795 ədəd, martında 6 min 102 ədəd, aprelində 8 min 315 ədəd, mayında 7 min 366 ədəd avtomobil idxal edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
10 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
10 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
10 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 12 saat əvvəl
-
12 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















