ABB milli olimpiya komandasının maliyyə tərəfdaşıdır!
(®️) ABB ölkəmizdə idmanın inkişafına dəstək ənənələrini XXXII Tokio Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan milli olimpiya komandasının maliyyə tərəfdaşı kimi davam etdirir.
Bununla əlaqədar ABB ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında müqavilə imzalanıb. Tərəfdaşlıq çərçivəsində respublikamızda idmanın, sağlam həyat tərzinin təbliğinə yönələn bir sıra birgə tədbirlər, kampaniyalar da həyata keçiriləcək.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Azərbaycan idmanına dəstək verilməsi, idmançılarımızın beynəlxalq arenalarda uğurla təmsilçiliyi hər zaman ABB-nin diqqət mərkəzində olub. Xoş ənənələrimizə sadiq qalaraq yenə də idmançılarımızın yanındayıq. Ümidvarıq ki, komanda üzvlərimiz bizi Tokiodan möhtəşəm qələbə xəbərləri ilə sevindirəcəklər və bu tərəfdaşlığımız ABB üçün də daim qürur duyulası nailiyyət olacaq. Bütün idmançılarımıza uğurlar arzulayırıq”.
Yay Olimpiya Oyunları bütün dünyanın diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. XXXII Tokio Yay Olimpiya Oyunları 23 iyul - 8 avqust 2021-ci il tarixində keçiriləcək. Azərbaycanı bu mötəbər idman tədbirində müxtəlif növlər üzrə 44 idmançı təmsil edəcək.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























