Şkafın öldürdüyü 3 uşağa görə 50 milyon manat təzminat ödəyəcək
İsveçin mebel və ev aksessuarları nəhəngi IKEA son iki ildə 3 uşağın ölümünə səbəb olan kamodlara (siyirməli şkaf növü) görə 50 milyon dollar təzminat ödəməyi qəbul edib. MALM model kamodlar asan aşdığı üçün uşaq ölümünə səbəb olur.
"Marja" xəbər verir ki, 50 milyon dollar təzminat yaşları bir ilə iki arasında dəyişən üç uşağın ailəsinə ödənəcək. Təzminat üç ailə arasında bərabər bölüşdürüləcək.
IKEA son iki ildə baş verən ölümlərdən sonra təxminən altı ay əvvəl MALM model kamodların dünya miqyasında geri toplanmasına qərar vermişdi. IKEA dünya üzrə toplanacaq 29 milyon ədəd kamod üçün geri ödəmə ediləcəyini də bildirmişdi.
ABŞ-da son iki ildə MALM seriyası şkafların asanlıqla aşdığı üçün üç uşaq mebelin altında qalaraq ölüb. İki il əvvəl həyatını itirən iki yaşındakı Curren Collas-ın anası, "Bu məhsullar asanlıqla aşmamalıdır" deyib.
22 aylıqda həyatını itirən Janet MCGee-nin anası Janet, "Bizim dözmək məcburiyyətində qaldığımız ağrının başqa ailələrin də başına gəlməsini istəmirik" açıqlamasını etmişdir.
TESTLƏRİ KEÇMƏDİ
MALM model şkaflar təhlükəsizlik testlərindən keçməyib. Standartlara görə şkafların siyirtmələri 25 kiloqram ağırlıqla aşmadan açılmalıdır. Aparılan testlər MALIM seriyası şkafların daha az ağırlıqla aşdığını göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)






