130 ölkədən qlobal vergi razılaşması
Aralarında ABŞ, Çin, Almaniya, Fransa, İngiltərə, Yaponiya və Türkiyənin də yer aldığı qlobal iqtisadiyyatın 90%-ni təmsil edən 130 ölkə, beynəlxalq vergi islahatı mövzusunda razılaşdıİqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), çoxmillətli şirkətlərin fəaliyyətdə olduğu ölkələrdə ən azı 15% mənfəət vergisinə cəlb edilmələri mövzusunda 130 ölkənin razılaşdığını açıqlayıb.
Marja xəbər verir ki, OECD, aralarında ABŞ, Çin, Almaniya, Fransa, İngiltərə, Yaponiya və Türkiyənin də yer aldığı qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 90%-ni təmsil edən 130 ölkənin beynəlxalq vergi islahatı mövzusunda razılaşma təmin etdiyini bildirib.
Razılaşmaya görə, çoxmillətli şirkətlərin fəaliyyət göstərdikləri və qazanc əldə etdikləri yerlərdə vergi ödəmələri təmin ediləcək. Bu qayda, beynəlxalq vergi sisteminə qanuni qətilik və sabitlik qazandıracaq.
Çox millətli şirkətlər fəaliyyət göstərdiyi hər ölkədə ən azı 15% nisbətində mənfəət vergisinə cəlb ediləcəklər. Bu tətbiqin 150 milyard dollar vergi daxilolmalarına səbəb olacağı gözlənilir.
Razılaşmanın, xüsusilə rəqəmsal platformaların və böyük şirkətlərin müxtəlif mexanizmlər ilə vergi ödəməkdən yayınmalarına mane olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 19 d. əvvəl
-
- 38 d. əvvəl
-
42 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb


























