Meşə Fondu torpaqlarında çay plantasiyasının salınmasına dair açıqlama
“Meşə Fondu torpaqlarının ekoloji tarazlığın qorunması şərtilə əkin dövriyyəsinə cəlb edilməsi aqrar sahədə məşğulluğun artmasına da müsbət təsir göstərmiş olur”.
Marja xəbər verir ki, Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov verib.
O bildirib ki, Meşə Fondunun açıq sahələrinin potensialından daha səmərəli istifadə etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyət həyata keçirilir:
“Burada iki variant var. Ya bu ərazilər elə yabanı bitki kollarının yayıldığı sahələr olaraq qalmalıdır, ya da bu torpaqlardan daha səmərəli istifadə etmək üçün investisiya yatırılmalıdır. Meşə Fondunun açıq sahələrində intensiv meyvə bağlarının, çay plantasiyalarının salınması torpaqların münbitliyini qorunması, dağ yamaclarında erroziyanın qarşısının alınması, atmosferə atılan zərərli qazların neytrallaşdırılması, aqrar sahəyə uğurlu investisiya qoyuluşu, çoxlu sayda yeni iş yerinin yaradılması, kənd əhalisinin gəlirlərinin çoxalması, kənd təsərrüfatı məhsullarının istehsalının artması deməkdir. Buraya ixracyönlü kənd təsərrüfatı məhsullarının artmasını da əlavə etmək olar. Üstəlik, çayçılıq və meyvəçilik əməktutumlu sahələrdən hesab olunur. Araşdırmalara görə, 1 ha ərazidə çay plantasiyasının salınması 4 nəfərin daimi, 10-15 nəfərin mövsümi işlə təmin olunmasına səbəb olur. Meyvə bağlarına qulluq üçün orta hesabla 5-6 nəfər daimi işlə təmin olunur. Buna görə də iki variantdan biri seçilməlidir. Ya bu ərazilər boş, istifadəsiz qalmalı, ya da səmərəli istifadə olunaraq çoxistiqamətli müsbət nəticələr əldə olunmalıdır. Bu yanaşma nəticəsində yüzlərlə yeni iş yeri açılacaq, ekoloji tarazlıq və ərazilərin biomüxtəlifliyi qorunacaq".
İlham Qurbanov bildirib ki, əkin dövriyyəsinin Meşə Fondunun açıq sahələrindən ibarət ərazilər hesabına genişləndirilməsi orta müddətli planda müsbət nəticələr verəcək: “Kol-kos basmış ərazilərin yerində çay kolları əkilir, yeni plantasiyalar salınır. Bu gələcəyə yatırılan uzunmüddətli investisiyadır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
33 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
40 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir







.jpg)











.jpg)





