"Hepsiburada.com" Nasdaqda səhm satdı, dəyəri 3,9 milyard dollara çatdı
"Hepsiburada"nın ABŞ-ın Nasdaq birjasında satışa çıxardığı səhmləri 12 dollardan satılıb. Satışın böyüklüyü 738 milyon dollar təşkil edib və şirkətin bazar dəyəri isə 3,9 milyard dollara çatıb.Onlayın ticarət platforması "Hepsiburada.com"un qurucusu və İdarə heyətinin sədri Hanzade Doğan Boyner, Nasdaq Birjasında şirkətin səhmlərin təxminən 20%-nin kütləvi satışı zamanı bir səhmin 12 dollardan satıldığını, şirkətin bazar dəyərinin 3,9 milyard dollara çatdığını bildirib.
Marja xəbər verir ki, mətbuat konfransında danışan Hanzade Doğan Boyner, "Səhmlərin satışından əldə edilən gəliri yalnız Türkiyədə deyil, yüksək böyümə potensiallı bazarlarda da xidmətlərimizi böyütmək üçün istifadə edəcəyik. Məsələn Orta Şərq, Şimali Afrika və Şərqi Avropada güclü bazarlar var",- deyib.
"Franklin Resources Inc" şirkətinin də səhmdarı olduğu, rəsmi adı "D-Market Elektronik Hizmetler ve Ticaret AŞ" olan və Nasdaqda səhmləri satılan ilk Türkiyə şirkəti olan "Hepsiburada"nın səhm satışının cəmi həcmi 738 milyon dollar olub.
Şirkətin açıqladığı məlumatlara görə, şirkətin 326 milyon ədəd səhminin təxminən 20%-i satışa çıxarılıb.
Səhm satışı koronavirus tədbirlərinin onlayn ticarət gəlirlərini artırdığı bir dövrə təsadüf edir. Onlayn pərakəndə satışların Türkiyədə cəmi pərakəndə satışlarda payı 10% təşkil edərkən, Avropada bu nisbət 20% səviyyəsindədir.
Ötən il 45 mindən çox tərəfdaşının olduğu "Hepsiburada" 17 milyard türk lirəlik əməliyyat həcminə nail olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 d. əvvəl
Bayramlarla əlaqədar pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək
-
-
1 saat əvvəl
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
Ən çox oxunanlar
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı


























