Formula 1-in tarixində bir ilk - tam fərqli sponsor
Dünyanın ən məşhur avtoidman yarışı 100 milyon dollar əldə edəcək.Məşhur qlobal idman avtomobilləri yarışı Formula 1 (F1) dünən yeni sponsoru ilə müqavilə imzalayıb.
Marja xəbər verir ki, ənənəvi şirkətlərdən fərqli olaraq, bu dəfəki sponsor hazırda 10 milyondan çox istifadəçi ilə dünyanın ən sürətlə böyüyən kriptovalyuta platforması Crypto.com olub.
Cari il iyulun 17-də - Formula 1 Britaniya Qran Prisi zamanı başlayacaq sponsorluq proqramı həm bazar günləri keçirilən əsas yarışdan öncəki gündə baş tutan yürüşdə, həm də Formula 1 treki boyunca yan tərəflərdə Crypto.com-un reklamlarının yerləşdirilməsini nəzərdə tutur. 5 illik müqavilə əsasında Formula 1 100 milyon dollar gəlir əldə edəcək.
Maliyyə bazarlarında sürətlə inkişaf edən alternativ alətlər - kriptovalyutalar son illərdə sponsorluq proqramlarına marketinqin tərkib hissəsi kimi geniş yer verir. 2018-ci ildə treydinq platforması eToro İngiltərə Premyer Liqasının aralarında Tottenhem, Nyukasl, Lester Siti və Sauthemptonun da olduğu 7 klubu ilə müqavilə bağlamış və ödənişləri Bitkoində etmişdi. Məşhur qaydasız döyüş çempionatı - UFC Stake.com-u Asiya və Latın Amerikasında əsas mərc tərəfdaşı seçib. Hazırda Barselona, Yuventus, Pari sen Jermen, AS Roma, Atletiko Madrid, Galatasaray, Trabzonspor və bir sıra futbol komandaları digər bir treyder Socios.com-la əməkdaşlıq edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 d. əvvəl
Bayramlarla əlaqədar pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək
-
-
1 saat əvvəl
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
Ən çox oxunanlar
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı



























