“Azərbaycan Beynəlxalq Bankı”nın Rusiyadakı törəməsi böyüyüb
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən törəməsi (“ABB-Moskva”) bu ilin 1-ci rübünü 20,41 milyon rubl (469 min manat) xalis zərərlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 507,504 milyon rubl (11,673 milyon manat) xalis mənfəətlə çıxmışdı.
Yanvar-mart aylarında “ABB-Moskva”nın vergiyəqədərki zərəri 1,27 milyon rubl (29 min manat, ötən ilin eyni dövründə mənfəət olub), mənfəət vergisi ödəmələri isə 19,14 milyon rubl (440 min manat, 45,3% az) təşkil edib.
Bu il aprelin 1-nə “ABB-Moskva”nın aktivləri 8 817,391 milyon rubl (202,8 milyon manat) olub ki, bu da illik müqayisədə 10,1% çoxdur. Bunun 694,236 milyon rublu (15,967 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,35% böyüyüb.
Hesabat dövründə “ABB-Moskva”nın öhdəlikləri 47,4% azalaraq 1 611,241 milyon rubl (37,059 milyon manat), o cümlədən depozit portfeli 25,75% artaraq 420,783 milyon rubl (9,678 milyon manat), balans kapitalı isə 45,8% artaraq 7 206,15 milyon rubl (165,741 milyon manat) təşkil edib.
Xatırladaq ki, “ABB-Moskva” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 124,906 milyon rubldur (94,873 milyon manat).
1 rubl = 0,023 manat
Marja.az Telegramda: https://t.me/marjaaz
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
26 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)








