Avropa startap bazarına rekord həcmdə investisiya yatırılıb
Tək bir şirkət 1,6 milyard dollar vəsait cəlb edib...Avropa startapları bu ilin ilk 6 ayında rekord məbləğdə - 43,8 milyard avro (60,9 milyard dollar) investisiya cəlb etməyi bacarıb.
Marja xəbər verir ki, bu rəqəm bütöv 2020-ci il üzrə 5200 sövdələşmə əsasında cəlb olunan 38,5 milyard avroluq vençur kapitalı da üstələyərək, artıq cari ilin ilk yarısında cəmi 2700 maliyyələşmə sənədi ilə yeni rekordu müəyyənləşdirib.
Ən çox maliyyə vəsaiti cəlb edənlər sırasında İsveçin “indi al, daha sonra ödə” tipli ticarət platforması Klarna (1,6 milyard dollar, 2 raunda), alman səhm ticarəti proqramı Trade Republic (900 milyon dollar, may ayında 1 raunda), Britaniyanın onlayn ödəniş provayderi Checkout.com (450 milyon dollar, yanvar ayında 1 raunda) liderlik edir.
Hazırda qloba miqyasda ABŞ və Çindən sonra üçüncü olan Avropa startap bazarı maksimum sürətlə böyüyür və unicorn - dəyəri 1 milyard dolları keçən şirkətlərin sayı yüzlərlədir. 2 gün öncə Fransa prezidenti Emanuel Makron 2030-cu ilə qədər Avropada hər birinin dəyəri 100 milyard avronu keçən ən azı 10 texnoloji şirkət qurulmasının əsas hədəflərdən biri olduğunu açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 d. əvvəl
-
-
14 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 30 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”




















