"Neft hasilatının azaldılmasına daha 3-5 ölkə qoşula bilər"
Neft hasilatının azaldılması ilə bağlı OPEC-ə üzv və qeyri-OPEC ölkələri arasındakı razılığa 3-5 yeni ölkə də qoşula bilər.
TASS agentliyi xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Nazir ölkələrin adını çəkməsə də, hazırda onlarla danışıqlar aparıldığını qeyd edib. Onun sözlərinə görə, iyulun 1-dən dünyada neft ehtiyatları daha 100-120 mln. barel azalacaq: “Qiymətləndirməmizə görə, hazırkı razılıq müddətinin başa çatmasına - iyulun 1-nə qədər azalama 100-120 mln. barel/gün olacaq. Biz may və iyun göstəricilərini nəzərdən keçirəcəyik”.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və ilin ikinci yarısı üçün sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu OPEC-in Nazirlər Şurasının 25 may 2017-ci il tarixində Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 gün əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























