İngilis futbolunun tarixində rekord maliyyə zərəri...
Everton və Mançester Siti ən çox ziyana düşənlərdir.Futbol üzrə İngiltərə Premyer Liqası koronavirus pandemiyasının çökdürdüyü ən iri idman sahələrindən biridir.
Marja xəbər verir ki, qlobal audit şirkəti Deloitte-nin yoxlamaları ingilis futbolunun tarixində ən iri zərəri aşkara çıxarıb. Belə ki, 2019-2020-ci futbol mövsümündə 20 klubun vergi öhdəliklərindən öncəki toplam maliyyə zərəri 1 milyard funt-sterlinqə (1,4 milyard dollara) çatıb. Bu göstərici əvvəlki mövsümün zərərindən beşqat artıq olub.
Gəlirlər 13% azalaraq, 4,5 milyard funt-sterlinq (6,3 milyard dollar) təşkil edib. 2020-ci ilin martında Premyer Liqanın karantin səbəbindən 3 ay təxirə salınması və stadionların düz 1 ildən çox azarkeşsiz qalması klubları telekanalların və yayım şirkətlərinin ödədiyi gəlirlərdən məhrum edib. Yalnız bu ilin mayında matçların azarkeşlər önündə keçirilməsinə icazə verilib.
Deloitte zərərin klublar üzrə bölgüsünü ayrılıqda göstərməsə də, Financial Times-in analitikləri əmtəə treyderi Farhad Moshirinin sahibi olduğu Evertonun (140 milyon funt zərər) və çempion, Abu-Dabi əmirlərinin klubu Mançester Sitinin (125 milyon funt) ən çox ziyan çəkənlər olduğunu hesablayıb.
Deloitte-nin idman biznesi qrupunun rəhbəri Den Cons bu mövsümdən gəlirlərin bərpa olunduğunu, lakin pandemiyadan əvvəlki səviyyəyə yalnız gələn mövsümün sonunda çatmağın mümkün olacağını bildirib.
Avropanın ən iri futbol klubları hələ də pandemiyanın təsirindən özünə gəlməyib. İspan nəhəngi Barselona 2019-2020-ci il mövsümündə vergidən öncəki zərəri 128 milyon avro (155 milyon dollar) təşkil edib, onun əsas rəqibi Real Madridin daha öncəki mövsümdə 53,5 milyon avro (64,8 milyon avro) təşkil edən mənfəəti 1,9 milyon avroya (2,3 milyon dollar) qədər azalıb. İtaliyanın ən titullu klublarından olan Yuventus vergidən öncəki zərərinin 81,7 milyon avro (99 milyon dollar) olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 d. əvvəl
-
-
14 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 30 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”






















