Azərbaycan şirkətinin məhsulu Avropa Birliyində testlərdən uğurla keçib
STP MMC-nin törəmə şirkətlərindən olan STP Global Cable şirkəti ölkədə sənayenin inkişaf etdirilməsi, ixrac potensialın artırılması yolunda yeni nailiyyət əldə edibdir.
STP MMC-dən Marja-ya verilən məlumata görə, STP Global Cable istehsal etdiyi NA2XSY markalı 6/10 kV və 20,3/35 kV gərginlikli kabelləri artıq Avropa İqtisadi Zonasında da satılmaq imkanına malikdir.
Buna nail olmaq üçün şirkət yuxarıda qeyd edilmiş markalı kabelləri Avropa Birliyində müvafiq laboratoriyaya (Notified Body) test üçün göndərmişdir, məhsullar testlərdən uğurla keçmişdir.
Artıq, qeyd edilmiş məhsullar EU CPR (European Union Construction Products Regulation) üzrə tələbləri tam ödəyir. Bu şirkətə istehsal etdiyi məhsulları “CE Marking” altında Avropa bazarına tədarük etməyə imkan yaradır.
Xatırladaq ki, STP Global Cable şirkəti ötən ildə STP-nin Kabel və Elektrik Avadanlıqları zavodlarının bazasında yaradılmışdır. Müəssisə müxtəlif növ və təyinatlı kabellər, kabel kanalları, terminallar, elektrik məhsullarını istehlakçılara təklif edir.
500 kV-luq kabellərin istehsalı imkanı ilə STP Global Cable regionda yeganə, dünyada isə 6 istehsalçılardan biridir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)
.jpg)







.jpg)



